Mobil versiya
Aqiyə Naxçıvanlı: “Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ölkəmizin bütün sahələrdə irəliləyişinə güclü təkan verdi”
Tarix: 12-07-2023 | Saat: 15:09
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər

Aqiyə Naxçıvanlı: “Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ölkəmizin bütün sahələrdə irəliləyişinə güclü təkan verdi”

“Bu gün dünyada müşahidə etdiyimiz həm qlobal, həm də regional proseslər yeni dünya düzəninin formalaşması prosesinin bir çox ölkələrdə iqtisadi və siyasi böhranlarla, bəzi hallarda isə hətta silahlı münaqişələrlə müşayiət olunduğunu göstərir. Bütün bu hadisələrin fonunda Azərbaycanın inkişaf dinamikasının getdikcə yüksəlməsi, respublikamızda müşahidə olunan dayanıqlı ictimai-siyasi sabitlik, ölkəmizin beynəlxalq nüfuzunun artması və mövqelərinin möhkəmlənməsi əlbəttə ki, diqqəti cəlb etməyə bilməz. Aydındır ki, Azərbaycanın məhz 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbədən sonra yaranmış yeni geosiyasi reallıqlar ölkəmizin bütün sahələrdə irəliləyişinə güclü təkan vermiş oldu. Bu qələbədən sonra respublikanın həm daxili, həm də xarici siyasətində yeni prioritetlər ortaya çıxdı. İlk növbədə əlbəttə ki, işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun bərpası möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövlətimzin qarşısında duran ən vacib fəzifələrdən biri olaraq müəyyən edildi. Bu vəzifənin icrası ötən illərdə olduğu kimi, bu il də uğurla həyata keçirilir. İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş, 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edən dövlət başçısı qeyd etdi ki, cari ilin ilk yarısında bu məsələ ilə yanaşı ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsi də əsas istiqamətlər olub.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib.

Daha sonra deputat qeyd edib ki, ölkəmizdə maliyyə sektorunda nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların keçirilməsi nəticəsində büdcəyə daxilolmaların artması Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin son dərəcə uğurlu olduğunu göstərir: “Həyata keçirilən islahatlar, görülən tədbirlər artıq birinci yarımildə proqnozlardan xeyli dərəcədə böyük vəsait toplanmasına imkan verib. Öz çıxışında bu barədə detallı açıqlama verən cənab Prezident bildirdi ki, aparılan dürüstləşmədən sonra büdcəyə bütövlükdə 3 milyard manatdan çox vəsait əlavə edildi. Bu məbləğin 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manatı isə ölkənin hərbi potensialının güclənməsinə istiqamətləndirilib. Bu bir daha göstərir ki, bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu istiqamətlərdir. Təsadüfi deyil ki, hazırda azad edilmiş ərazilərimizin yenidən qurulması üzrə işlər nəzərdə tutulmuş planlardan daha sürətlə icra edilir. Bütün potensial bu məqsədlə səfərbər edilib və artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmaları təmin olunub. Cənab Prezident İlham Əliyev öz çıxışında ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlərin qayıdacaqlarını anonsladı. Dövlətimizin başçısı bildirdi ki, Qayıdış proqramı ardıcıllıqla aparılır və cari ilin sonuna qədər artıq beş yaşayış məntəqəsində - bir şəhər və dörd kənddə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Həmçinin ilin sonuna qədər Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 12 milyard manata qədər vəsaitin xərclənməsi təmin ediləcək. Ən əsası da budur ki, görülən bütün işlər məhz Azərbaycanın hesabına həyata keçirilir.”

Fikirlərini davam etdirən A.Naxçıvanlı həmçinin ölkənin hərbi qüdrətinin arıtırılması istiqamətində görülən tədbirlərin təhlükəsizlyin təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Bu gün biz bir çox qlobal forum və platformalarda beynəlxalq hüququn işləməməsi barədə səsləndirilən fikirləri eşidirik. Lakin möhtərəm Prezidentimiz cənab İlham Əliyev artıq uzun illərdir ki, bu məqamı beynəlxalq ictimaiyyətin diqqətinə çatırmaq üçün keçirdiyi bütün görüşlərdə, etdiyi bütün çıxışlarında beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması hallarının getdikcə bütün dünyada artmasına dair açıq-aydın mesajlarını verir. Azərbaycanın otuz illik təcrübəsi, torpaqlarımızın işğal altında olduğu dövrdə cərəyan edən hadisələr bariz şəkildə göstərdi ki, beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlamaq olmaz. Azərbaycan isə, dövlət başçımızın dediyi kimi, həmişə beynəlxalq hüququn, ədalətin tərəfdarı olub və bu, indi də belədir. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatının sədri kimi də Azərbaycan beynəlxalq müstəvidə hər zaman məhz bu mövqeyi müdafiə edib. Lakin bu gün beynəlxalq hüququn təminatçısı rolunu öz üzərinə götürmüş böyük dövlətlər özləri bu hüququ pozurlar və sonra da bu hərəkətlərini əsaslandırmağa çalışırlar. Güclü dövlətlər istənilən konvensiyanı pozmaqdan qətiyyən çəkinmirlər. Buna görə də respublikamız öz müstəqilliyini, ərazi bütövlüyünü hər zaman qoruya bilmək üçün daha güclü olmalıdır. İkinci Qarabağ müharibəsi başa çatandan sonra ölkəmiz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə bir çox məqsədyönlü addımlar atıb və bu addımların nəticəsi olaraq, hazırda Azərbaycan Silahlı Qüvvələri daha böyük hərbi potensiala malikdir. Bundan sonra Azərbaycanla təhdid və ultimatum dili ilə heç kimin danışa bilməyəcəyini bəyan edən dövlətimizin başçısı bir daha bütün qüvvələrə gərəkli mesajını çatdırmış oldu”, - deyə Aqiyə Naxçıvanlı fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024