Mobil versiya
Azərbaycanda bələdiyyə sədrinə cinayət işi AÇILDI
Tarix: 11-07-2023 | Saat: 15:58
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda bələdiyyə sədrinə cinayət işi

İmişlidə tikinti işləri zamanı vəzifəli şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması faktına dair cinayət işi başlanılıb.

Bu barədə aia.az-a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayonun Sarıxanlı bələdiyyəsinin sədri Bakir Məhərrəmovun vəzifə səlahiyyətlərini aşaraq qəbiristanlıq ərazisindəki torpaq sahəsində süxurların qazılaraq daşınmasına qanunsuz olaraq icazə verməsinə, podratçı və subpodratçı şirkətlərin vəzifəli şəxslərinin isə qeyd edilən ərazilərdə işlərin görülməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025