Mobil versiya
Eltun Süleymanov: “Albaniya ilə əlaqələrin inkişafı çox mühüm addımlardan biridir”
Tarix: 10-07-2023 | Saat: 10:49
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Albaniya ilə əlaqələrin inkişafı çox mühüm addımlardan biridir”

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra ölkələrlə, o cümlədən, Mərkəzi Avropa ölkələrindən biri olan Albaniya ilə əməkdaşlığa xüsusi önəm verir. Bu da səbəbsiz deyil. Mərkəzi Avropa ölkələri ilə əməkdaşlıq respublikalarla əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesindəə mühüm rol oynamaqdadır..
Bu mənada hazırda Azərbaycanın sıx əməkdaşlıq etdiyi Avropa ölkələrindən biri kimi Albaniya xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, enerji resursları ilə zənginliyi, o cümlədən, Avropa ilə Asiyanı birləşdirən mühüm siyasi, iqtisadi dəhliz rolunu oynaması bir çox ölkələr kimi Albaniyanın da diqqətini cəlb edir. Bundan əlavə, Azərbaycanın özünün son illərdə nail olduğu inkişaf göstəriciləri, respublikamızın regionda lider dövlətə çevrilməsi, habelə ölkəmizin hər bir sahədə müstəqil siyasət yeritməsi və enerji siyasətində Avropa məkanı ilə əməkdaşlığa xüsusi önəm verməsi də ölkəmizin tərəfdaşlıq qismində müsbət beynəlxalq imicini formalaşdıran mühüm faktorlardandır. Malik olduğu zəngin karbohidrogen ehtiyatları sayəsində Avropanın enerji təhlükəsizliyinin təminində əvəzolunmaz mövqeyə sahib olan Azərbaycanda yaradılan əlverişli biznes mühiti və geniş iqtisadi inkişaf potensialı da respublikamızın tərəfdaş ölkələrlə daha sıx əməkdaşlığına imkan verir.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirmişdir ki, “Mərkəzi və Şərqi Avropa ölkələri ilə fəal əməkdaşlıq edən Azərbaycan nın beynəlxalq təçkilatlarda dəstək qazanması diplomatiyamızın uğurlarından hesab olunmalıdır. Azərbaycanla belə fəal əməkdaşlıq edən ölkələrdən biri də Albaniyadır. Bu ölkə ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. Hər iki dövlətin rəhbər şəxslərinin qarşılıqlı səfərləri Albaniya-Azərbaycan əlaqələrinin inkişafına güclü təkan verərək gələcək yaxın əməkdaşlıq üçün çox əlverişli imkanlar yaratmışdır.
İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Albaniya Respublikasının Prezidenti Bayram Beqayın mətbuata bəyanatlarla çıxış etməsi, yeni əməkdaşlıq münasibətlərinin formalaşmasında dair mesajları xüsusi önəm daşıyır.
Ölkəmizin başçısı Bəyanatında qeyd etmişdir ki, “Biz Albaniya Prezidentinin rəsmi səfərinə çox böyük önəm veririk. Əminəm ki, səfər ölkələrimiz arasında sıx ikitərəfli münasibətləri gücləndirəcək. Mən, həmçinin bu fürsətdən istifadə edərək, ötən il Albaniyaya səfərim zamanı mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərliyə görə, cənab Prezident, Sizə təşəkkürümü bildirmək istəyirəm. Mən, həmçinin qeyd etmək istəyirəm ki, ötən il Albaniyanın Baş nazirini iki dəfə qəbul etdik və bu ilin martında Prezident Azərbaycana işçi səfərə gəlmişdi. Təkcə bu səfərlər əlaqələrimizin nə qədər sıx, dialoqumuzun nə dərəcədə fəal olduğunu nümayiş etdirir.
Biz dostluq və qarşılıqlı dəstəyə əsaslanan ikitərəfli əlaqələrimizdə çox xüsusi dinamika yaratmışıq. Biz beynəlxalq təşkilatlarda fəal çalışırıq, ilk növbədə Birləşmiş Millətlər Təşkilatında və İslam Əməkdaşlıq Təşkilatında bir-birimizə dəstək veririk. Eyni zamanda, biz Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizi dəstəklədiyinə görə Albaniyaya çox minnətdarıq. Ötənilki Frankofoniya Sammitində Azərbaycana verdiyi dəstəyə görə mən cənab Prezidentə və Albaniya hökumətinə artıq öz minnətdarlığımı bildirdim. O vaxt Frankofoniya təşkilatının üzv dövlətlərindən biri yekun sənədə bir bəndi əlavə etmək və qəbul etdirməyə cəhd göstərdi. Bu, anti-Azərbaycan mahiyyəti olan bənd idi. Albaniya həmin bəndi bloklayan ölkə oldu. Həmin addım dostluğun, eləcə də ölkələrin ərazi bütövlüyü və suverenliyi kimi beynəlxalq hüququn əsas prinsiplərinə qəti sadiqliyin təzahürü oldu. Hətta Azərbaycan özünü müdafiə etmək fürsətinə malik olmadığı təşkilatlarda belə, bizim Albaniya kimi qardaş ölkəmiz var və o, bu dəstəyi verdi. Buna görə biz çox minnətdarıq.”

Eltun Süleymanov bildirmişdir ki. Yuxarıda bəhsi gedən məsələnin bu formada əlli ilk növbədə cənab prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin uğurlu davamı və diplomatiyamızın qələbəsi hesab edilməlidir. Əməkdaşlıq edilən ölkələrlə səmimi dialoq, qarşılıqlı anlaşma və ilk növbədə etibarlı tərəfdaşlıq bu siyasətin əsasını təşkil edir. Əməkdaşlıq edən ölkələr Azərbaycanı, onun dövlət başçısını məhz belə tanıyır və qəbul edirlər.”

Müsahibimiz sonda bildirmişdir ki, “iyulun 7-də keçirilən görüşdə ölkə başçılarının Bəyanatından aydın oldu ki. Albaniyanın qazalşdırılması layihəsini həyata keçirən Azərbaycan bu sahədə üzərinə götürdüyü öhdəliyi layiqincə yeriə yetirmək. Qazpaylayıcı şəbəkənin qurulmasından sonra bu Mərkəzi Avropa ölkəsinin qazla təminatında investisiyaların yatırılması işində əzmlə çalışır.
Hər bir halda belə nəhəng layihələrin həyata keçirilməsi və Avropa ölkələri ilə təmasların yüksələn xətlə inkişaf etdirilməsi uğurludur. Dostlarımız, tərəfdaşlarımız çoxaldıqca həm Avropada, həm də dünya birliyində mövqelərimiz də möhkəmlənir və dünya birliyinə inteqrasiya prosesi güclənir. Bir sıra beynəlxalq təşkilatlarda Azərbaycanla fəal əməkdaşlıq edən, Azərbaycanın olmadığı təşkilatlarda ölkəmizin mənafeyini müdafiə edən Albaniya ilə münasibətlərin bu yeni mərhələyə qədəm qoyması da sevindirici hadisədir. NATO kimi nəhəng beynəlxalq təşkilatın üzvü olan Albaniya ilə əlaqələrin inkişafı çox mühüm addımlardan biridir. Cənab Prezidentin uzaqgörən və müdrik siyasəti nəticəsində Mərkəzi və Şərqi Avropa ölkələri ilə sıx əməkdaşlığın yaradılması bu təşkilatda Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsində mühüm rol oynayacaqdır. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Albaniya ilə əlaqələr yaxın gələcəkdə daha da inkişaf edəcək və bütövlükdə regionda sülhə, sabitliyə, demokratik inkişafa, sosial-iqtisadi yüksəlişə təkan verəcəkdir.”




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-12-2024