Mobil versiya
Erməni sakinlər Gorus-Xankəndi istiqamətində maneəsiz hərəkət edirlər
Tarix: 07-07-2023 | Saat: 18:00
Bölmə:Karusel / Ölkə | çapa göndər

Erməni sakinlər Gorus-Xankəndi istiqamətində maneəsiz hərəkət edirlər

Bu gün Gorus-Xankəndi istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.

aia.az xəbər verir ki, Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə keçiblər.

Eyni zamanda, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağın tibbi ehtiyacları olan 17 erməni sakininin Laçın yolu ilə sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana təxliyəsini həyata keçirib.

Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-01-2025