Mobil versiya
Novruz Aslanov İsmayıllıda seldən zərər çəkmiş ərazilərə getdi -Fotolar
Tarix: 03-07-2023 | Saat: 15:58
Bölmə:Manşet / Ölkə / Özəl | çapa göndər

Novruz Aslanov İsmayıllıda seldən zərər çəkmiş ərazilərə getdi

İyunun 30-da günorta saatlarından başlayan intensiv yağıntılar nəticəsində rayonun dağlıq ərazilərində yerləşən bəzi kəndlərə zərər dəymişdir. İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları nəqliyyatın hərəkətində məhdudiyyət yaratmışdır.

İyulun 3-də millət vəkili Novruz Aslanov və İsmayıllı rayon İcra Hakimiyyəti başçısı Nahid Bağırov Lahıc qəsəbəsində olmuş və zərərin aradan qaldırılması prosesini izləmişlər. Qəsəbə sakinləri ilə görüşmüş və dəymiş ziyan barədə müzakirələr aparmışlar.

Məlumat üçün bildirək ki, hadisədən dərhal sonra Novruz Aslanovun tapşırığına əsasən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məsul şəxsləri İsmayıllı rayonuna ezam olunmuş və müvafiq qiymətləndirmə işləri aparmışlar.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-01-2025