Mobil versiya
Eltun Süleymanov: “Fransanın insan haqlarından danışmağa mənəvi haqqı yoxdur”
Tarix: 01-07-2023 | Saat: 15:32
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Fransanın insan haqlarından danışmağa mənəvi haqqı yoxdur”

“Fransanın Prezidenti Emmanuel Makron yenə də erməni xislətii biruzə verməkdə, azərbaycanın daxili işlərini burun soxmaqda davam edir. Bu günlərdə onun səsləndirdiyi sərsəm fikirlər belə qənaətə gəlməyə imkan verir ki. O, Paşinyandan çox erməni imiş. Öz ölkəsində sabitlyi təmin edə bilməyən, günahsız vətəndaşın ölümünə görə tükü tərpənməyən Makron Fransadan çox-çox uzaqlarda olan Ermənistanın dərdini çəkir. Elə bu da onu göstərir ki, Fransa hökuməti terrorun yanındadır, terroristlərə dəstək verir. Çünki onun müdafiə etdiyi bir ovuc terrorçu dəstə hələ də Azərbaycan ərazisində təxribatlar törətməkdə davam edir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz bildirib ki, “Daim mətbuat azadlığından, insan haqlarından dəm vuran, bir sıra ölkələri bu mövzuda qınayan Fransada çəkiliş aparan Azərbaycan Dövlət Televiziyasının əməkdaşlarına hücum edilməsi, jurnalistlərə xəsarət yetirilməsi, texnikalarının əllərindən alınaraq sındırılması, üstəlik, onların silahla hədələnməsi söz və mətbuat azadlığına ciddi zərbədir. Xüsusilə də bu hadisənin illərdir yeni müstəqillik qazanmış ölkələrdəki azadlıqların “təftişi” ilə məşğul olan Avropanın aparıcı ölkələrindən birində törədilməsi nonsesdir və birmənalı şəkildə pislənilməlidir. Hadisənin baş verməsinin təfərrüatlarından bəlli olur ki, bu, bir təsadüf yox, planlaşdırılmış təxribatdır. Yəni ki, iğtişaşlar zamanı deyil, tam başqa vaxtda törədilməsi bunu sübut edir. Həm də jurnalistlərə məhz azərbaycanlı olduqlarına görə hücum edilib.
Əslində bu Fransadan gözlənilən bir hərəkətdir. Çünki Fransa daim pərdələdiyi ermənipərəst siyasətini tam açıq şəkildə nümayiş etdirməyə başlayıb. İllərdir öz ölkəsində “sarı jiletlilər”in əlində əsir-yesir qalan Makron 30 il ərizndə Azərbaycan torpaqlarını işğalda saxlayan, bütün Qarabağ bölgəsini viranəyə çevirib sonra da darmadağın olan “əsir ermənilər”in azad olunması uğrunda çalışır. Amma görünən odur ki. əslində əsir düşən onun özüdür. Hakimiyyətə gəlmək və hakimiyyətdə qalmaq üçün könüllü əsir düşən bu adam ermənilərə olan sevgisindən məst olacaq qədər başını itirib. Ona görə də bu gün Fransada baş verənlər onun siyasətinin meyvəsidir.”

Müsahibimiz sonda qeyd edib ki, “ makronun Azərbaycan Prezidentinə təzyiq göstərmək cəhdi də blefdir. Çünki o, çox yaxşı bilir ki, ondan fərqli olaraq cənab İlham Əliyevin arxasında xalq durur. Azərbaycan Prezidenti bir qrup lobbiçilərə yox, xalqına güvənir. Yaxşı olar ki, makron erməınilərə əriştə kəsincə özünə umac ovmağın qayğısına qalsın. Onda ölkədə xaos da olmaz, vəzifəsini yerinə yetirən jurnalistlərə qarşı hücum da.
Bir də ki, Fransanın insan azadlıqlarından ağızdolusu danışmağa mənəvi haqqı çatmır. Əlcəzairdə törədilən qətliamlar hələ də unudulmayıb və bu, Fransa tarixinin qara ləkəsidir.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024