Mobil versiya
Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb - xəsarət alanlar var
Tarix: 30-06-2023 | Saat: 13:10
Bölmə:Ölkə | çapa göndər

Bakıda çoxmərtəbəli yaşayış binasında lift qırılıb -

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 4 qadın ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

aia.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib.

Belə ki, kompleksdəki üçüncü binanın lifti qırılıb.

TƏBİB-dən bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb olunub: “Dördnəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”./report

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024