Mobil versiya
Xaçmaz, Quba və Şabranda qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldılar
Tarix: 29-06-2023 | Saat: 15:55
Bölmə:Ölkə | çapa göndər

Xaçmaz, Quba və Şabranda qanunsuz qum-çınqıl daşıyanlar cəzalandırıldılar

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən respublikanın şimal bölgəsində keçirilən növbəti nəzarət tədbirləri zamanı Xaçmaz, Quba və Şabran rayonları ərazisindən qanunsuz qum-çınqıl daşınması müəyyən edilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xaçmaz rayonu, Çağacuq çayının yatağından “5 saylı Yol İstismar İdarəsi” MMC, Quba rayonu, Birinci Nügədi kəndi ərazisindən “Azvirt” MMC tərəfindən, Şabran rayonu, Dəvəçiçay çayının yatağından isə “Siyəzənneft” NQÇİ-yə məxsus nəqliyyat vasitələri ilə qum-çınqıl daşındığı məlum olub.

Faktlarla bağlı aktlar və protokollar tərtib olunub, qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024