Mobil versiya
Laçında polislərlə hərbçilər birgə əməliyyat keçirdi
Tarix: 29-06-2023 | Saat: 10:41
Bölmə:Karusel / Ölkə | çapa göndər

Laçında polislərlə hərbçilər birgə əməliyyat keçirdi

Laçında 842 kq çətənə bitkisi məhv edilib.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin və Müdafiə Nazirliyinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Ərdəşəvi, Vağazin və Piçənis kəndlərinin ərazisində çətənə bitkiləri aşkar edilib.

Yabanı halda bitən, ümumi çəkisi 842 kiloqram olan 2 019 ədəd çətənə bitkisi kökündən çıxarılaraq toplanılıb və yandırılma üsulu ilə məhv edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024