Mobil versiya
Dünən Qarabağda 5 erməni məhv edilib - Ədalət Verdiyev AÇIQLADI
Tarix: 28-06-2023 | Saat: 09:58
Bölmə:Manşet / Ölkə | çapa göndər

Dünən Qarabağda 5 erməni məhv edilib -

Azərbaycanda Qurban bayramının qeyd olunmasına və Vaşinqtonda ABŞ tərəfinin dəstəyi ilə sülh müqaviləsi üzrə danışıqların aparılmasına baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsində olan qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan silahlı qüvvələrinin mövqeyini atəşə tutublar.

aia.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev öz "Facebook" hesabında yazıb.

"Nəticədə, məlumat verildiyi kimi bir nəfər hərbi qulluqçu yaralanmışdır. Azərbaycan silahlı qüvvələrinin cavab tədbirləri nəticəsində qanunsuz silahlı birləşmənin 5 üzvü məhv edilmişdir. Bu təxribatın törədilməsində məqsəd Vaşinqtonda sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinə xələl gətirmək idi. Azərbaycanın Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir. Bu qanunsuz hərbi birləşmələrin tam tərksilah edilməsi labüddir. Azərbaycan ərazisində terror mənbəyi olan bu qanunsuz hərbi birləşmələrin mövcudluğuna yol verilməyəcəkdir", - deyə hərbi ekspert bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024