Novruzəli Aslanov: “Yeni Komando hissələrinin açılması Azərbaycanın hərbi gücünü daha da artırır”
Tarix: 26-06-2023 | Saat: 09:13
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Azərbaycanda Müdafiə Nazirliyinin tərkibində komanda hərbi hissələrinin yaradılmasına Vətən müharibəsindən sonra başlanıb. Bu gün ölkəmizdə artıq bir neçə belə hərbi hissə mövcuddur və yenilərinin yaradılması prosesi davam edir. Cari ilin 23 iyun tarixində Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev növbəti komanda hissəsinə Döyüş bayrağını təqdim edib. Məlum olduğu kimi, Xüsusi Təyinatlı Qüvvələr İkinci Qarabağ müharibəsində yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdiriblər. Bir çox ən mürəkkəb döyüş əməliyyatlarının uğurla həyata keçirilməsində bu hissələrin rolu müstəsna əhəmiyyət kəsb edib. Bu gün istər qlobal səviyyədə geosiyasi vəziyyətin gərginləşməsi, istərsə də Ermənistanda revanşist qüvvələrin baş qaldırması ilə bağlı regionda yeni təhdidlərin yaranması Ordumuzun daha da gücləndirilməsini bir nömrəli vəzifə kimi qarşıya qoyur. Yeni komando hissəsinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxış edən Ali Baş Komandan cənab İlham Əliyev bu məsələyə xüsusi toxunaraq bildirdi ki, Vətən müharibəsindən sonra yeni silahların alınması prosesinə xüsusi diqqət yetirilir. Artıq bir çox kontraktlar imzalanmışdır ki, bunlra əsasən həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi nəzərdə tutulub. Həmçinin bu gün Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi və hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.”
Bu sözləri aia.az-a verdiyi müsahibəsində Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra Prezident İlham Əliyevin öz çıxışında Dövlət büdcəsi ilə bağlı təqdim etdiyi açıqlamaların əhəmiyyətini vurğulayan deputat bunarı deyib: “Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət və bunun nəticəsi olaraq Azərbaycanın artan gəlirləri imkan verir ki, dövlət büdcəsinə əlavələr olunsun. Cənab Prezident öz çıxışında qeyd etdi ki, cari ildə də ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına kifayət qədər dövlət vəsaiti ayrılıb. Bu il rekord həddə çatdırılan dövlət büdcəsində iki əsas istiqamət müəyyən edilmişdir. Bunlardan birincisi Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi isə, hərbi potensialımızın gücləndirilməsidir. Cənab Ali Baş Komandan xüsusi olaraq qeyd etdi ki, Ordumuzun daha da gücləndirilməsi üçün bundan sonra da bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilməli və düzgün nəticə çıxarmalıdırlar. Azərbaycan bu gün öz müqəddəratını özü müəyyən edən, heç kimdən asılı olmayan, müstəqil siyasət aparan və bütün beynəlxalq müstəvilərdə öz sözünü açıq deməyi bacaran ölkələrdəndir. Diqqətəlayiq haldır ki, Azərbaycan Vətən müharibəsini tarixi Zəfərlə başa çatdırdıqdan sonra yenə də regional gündəliyi müəyyən edən ölkədir və hazırda Cənubi Qafqazda proseslər məhz Azərbaycanın təklifləri əsasında cərəyan edir. Son iki ildə Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə keçirilən hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması birbaşa Azərbaycan Prezidentinin çox güclü siyasi iradəsinin göstəricisidir.”
Öz fikirlərini davam etdirən N.Aslanov Azərbaycan tərəfindən irəli sürülən sülh şərtlərinin son dərəcə ədalətli və obyektiv olduğunu qeyd edib: “Azərbaycanın İkinci Qarabağ savaşında qazandığı Zəfər hər ötən gün siyasi və diplomatik müstəvidə daha da möhkəmlənir. Bunun əsas səbəblərindən biri budur ki, ölkəmiz məhz ədalətli müharibə aparıb. Dövlət başçımızın öz çıxışında qeyd etdiyi kimi, biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq. Əlbəttə ki, bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması və sülh sazişinin imzalanması bizə də lazımdır. Lakin bu, daha çox Ermənistana lazımdır. Bu saziş isə yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır və bu zaman postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu istiqamətdə müsbətə doğru atılan addımlardan biri kimi, Ermənistanın artıq keçən ilin oktyabr ayında rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanımasını qeyd etmək olar. Lakin bundan sonra həmin bu ifadələr kağız üzərində də əks olunmalıdır və Ermənistan buna imza atmalıdır. Yalnız bu halda Cənubi Qafqazda uzunmüddətli sülh yarana bilər. Azərbaycan sülh sazişinin imzalanması üçün ədalətli şərtlər irəli sürür. Bu şərtlərdən biri Zəngəzur dəhlizinin açılmasıdır. Bu, bizim haqlı tələbimizdir və Ermənistan 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəliyi mütləq yerinə yetirməlidir. Əlbəttə ki, Ermənistan ordusunun silahlı birləşmələri də Qarabağ bölgəsindən çıxarılmalıdır və Azərbaycan istənilən halda buna nail olacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024