Mobil versiya
“Yeganə Palace”da biabırçılıq: Saxta məhsullar, qaralmış ət...
Tarix: 25-06-2023 | Saat: 18:00
Bölmə:Ölkə | çapa göndər

“Yeganə Palace”da biabırçılıq:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliynin (AQTA) əməkdaşları “Yeganə Palace” şadlıq sarayında istehlaka yararsız məhsullar aşkarlayıb.

aia.az xəbər verir ki, AQTA tərəfindən Binəqədi rayonu, H.Əliyev küçəsi, 3024-cü məhəllədə fəaliyyət göstərən fiziki şəxs Əliyev Təmkin Rəhim oğluna məxsus “Yeganə Palace” şadlıq sarayında keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan, üzərində aşkar saxtakarlıq əlamətləri olan 27 ədəd 0,7 litrlik “Kremlin” əmtəə nişanlı, 4 ədəd 0,7 litrlik “Северная столица” əmtəə nişanlı, 5 ədəd 1 litrlik “Beluga” əmtəə nişanlı, 14 ədəd 0,7 litrlik “Булбашъ” əmtəə nişanlı, 79 ədəd 0,7 litrlik “Мънскъ” əmtəə nişanlı, 21 ədəd 0,7 litrlik “Босс” əmtəə nişanlı, 32 ədəd 0,7 litrlik “Almaz” əmtəə nişanlı, 7 ədəd 0,7 litrlik “Chivas Regal” və 12 ədəd 0,5 litrlik “Chivas Regal” əmtəə nişanlı spirtli içkilər aşkar edilib. Eyni zamanda mənşəyi məlum olmayan, orqoneleptik görünüşündə qaralma və istehlaka yararsız 24 kq sub məhsulu (qaraciyər, bağırsaq və s.), 19,8 kq balıq məhsulu, 80 kq piy və 250 kq ət, həmçinin çəkisi 20 kq olan son istifadə tarixi bitmiş “kartof fri” məhsulu aşkar edilib. Bundan əlavə, müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, dondurucularda istifadə müddəti bitmiş məhsullarla istehlaka yararlı məhsulların bir arada saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi müəyyən edilib.

Qeyd olunan məhsulların realizasiyasının qarşısı alınıb və dövriyyədən çıxarılıb, məhsullardan nümunə götürülərək təhlükəsizlik göstəricilərin müəyyən edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyalarına təqdim edilib.

Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Araşdırmalar davam etdirilir. Araşdırmaların nəticələri barədə ətraflı məlumat veriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024