Mobil versiya
Şirvanda 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib. -Fotolar
Tarix: 24-06-2023 | Saat: 16:54
Bölmə:Ölkə | çapa göndər

Şirvanda 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

24 iyun 2023-cü il tarixində YAP Şirvan şəhər təşkilatında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində 26 iyun-Silahlı Qüvvələr Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.

AİA.Az xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, Daxili Qoşunların Şirvan şəhərində yerləşən hərbi hissəsinin şəxsi heyəti, müharibə iştirakçıları və gənc çağırışçılar iştirak edib.
T
ədbir iştirakçıları öncə YAP Şirvan şəhər təşkilatındakı Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsinə ehtiramlarını ifadə ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün təbliği məqsədilə ordu quruculuğu sahəsində gördüyü işlər və misilsiz xidmətlərindən danışıb. Ulu öndərin ordu quruculuğu siyasəti ilə bağlı başlatdığı işlərin onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, maddi-texniki təminatın daha da yaxşılaşdırılması, peşəkar hərbi hazırlıq, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində Silahlı Qüvvələrimiz regionun ən güclü ordusuna çevrilib.

Sonra çıxış edən Daxili Qoşunların polkovniki Rəşadət Süleymanov, Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyununda ölkəni dərin iqtisadi, siyasi böhrandan, acınacaqlı vəziyyətdən xilas etmək üçün ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, sülh və əmin-amanlığın bərpa edilməsi üçün mənfur düşmənlə atəşkəs əldə olunmasından bəhs edib. Ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də inkişafa nail olunduğunu, Ulu öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradıldığını diqqətə çatdırıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi ilə zəngin maddi-texniki bazaya və yüksək döyüş qabiliyyətinə malik ordu formalaşdığını vurğulayıb.
Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsinin icraçısı Ramil Əhmədov, Birinci Qarabağ müharibəsi veteranı Vurğun Məlikov, “Qarabağ müharibəsi əlillləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin şəhər təşkilatının sədri Pənah Xankişiyev və YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildiriblər ki, müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir.

Tədbirdə bir qrup müharibə iştirakçısı 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə şəhər İcra Hakimiyyəti başçısının fəxri fərmanları ilə təltif ediliblər.

Fəxri fərmanla təltif edilən müharibə veteranı Vurğun Məlikov I Qarabağ müharibəsində tank əleyhinə idarə olunan raket qurğusu vasitəsilə vurduğu 5 tankın Ulu öndərin 71 illiyinə hədiyyə etməsi ilə bağlı Ulu öndərə ünvanladığı teleqramı Şirvan Şəhər Heydər Əliyev Mərkəzində eksponat kimi qorunması üçün şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasova təqdim edib.
Sonda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Generalın planı” sənədli filmi nümayiş olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024