"Laçın"dakı təxribatdan sonra Gədəbəydəki hadisələr gözlənilən idi - Tural Gəncəliyev
Tarix: 23-06-2023 | Saat: 13:43
Bölmə:Ölkə / Siyasət | çapa göndər
Bu yaxınlarda Laçın keçid buraxılış məntəqəsinə qarşı törədilmiş təxribatdan sonra Gədəbəydəki hadisələr gözlənilən idi.
AIA.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev parlamentin növbədənkənar sessiyasının iyunun 23-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, AŞPA-da erməni deputatların bu təxribatı necə səbrsizliklə gözlədiklərini müşahidə edirdik: "Beynəlxalq təşkilatlardakı ermənipərəst deputatlar da öz fəaliyyətlərindən əl çəkmirlər. Ermənipərəst deputat Natali Luazoilə görüşmək istəyəndə bizi qəbul etməmişdi".
Sədr Sahibə Qafarova isə bildirib ki, deputatın görüşmək istəməməsini dərhal tviterdə yazmaq olardı: "O, Avropa Parlamentinin deputatı, siz isə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədrisiniz".
Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün komissiya yaradılıb.
AIA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər