Mobil versiya
Ümummilli lider Heydər Əliyev də tarixə tarixi dəyişən şəxsiyyətlərdən biri kimi düşmüşdür.
Tarix: 22-06-2023 | Saat: 21:57
Bölmə:Ölkə | çapa göndər

Ümummilli lider Heydər Əliyev də tarixə tarixi dəyişən şəxsiyyətlərdən biri kimi düşmüşdür.

XX əsrin Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi şəxsiyyətlərdən biri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir.Tanrı onu Azərbaycan xalqına xilaskar kimi göndərmişdi. O həm Sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması istiqamətində böyük işlər görmüşdür. İllər keçsə də Azərbaycan xalqı onun bu böyük xidmətlərini heç zaman unutmayacaq.Qədim ənənələrə, milli-mənəvi mədəniyyətə malik olan xalqımız məhz Heydər Əliyevin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi keçmişi ilə fəxr edə bilər. Heydər Əliyev sözün əsl mənasında Azərbaycan mənəviyyatının və mədəniyyətinin himayədarı idi. Ulu öndər, müdrik şəxsiyyət həmişə milli adət-ənənələrinə, onun tarixi qaynaqlarına diqqətlə yanaşırdı. Bu səbəbdən də ötən əsrdən başlayaraq Azərbaycan mədəniyyətinin son illərdəki tarixi inkişaf yolu məhz Heydər Əliyevin himayəsi və nəzarəti altında davam etmişdir. Milli liderin fikrincə “Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir”. Ona görə də H.Əliyev müasir Azərbaycan elmi-mədəni mühitinə nəinki yüksək qiymət vermiş həm də bu mühitin sağlam əsaslarla daha da inkişaf etməsinə qayğı göstərmişdir.
Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərdi ki, əldə olunan nailiyyətlərin ana xətti ölkəmizi dünya birliyinin layiqli üzvünə çevirən uğurlarımız və gələcəyə hesablanmış inkişaf modelinin beynəlxalq aləmdə böyük dəstək qazanmasıdır.İqtisadi tərəqqi bütün sahələrdə uğurlu addımların atılmasını təmin etdi. Müharibə şəraitində yaşayan ölkə üçün güclü, qüdrətli ordunun olması vacib idi. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra diqqət yönəltdiyi əsas məsələlərdən biri məhz ordu quruculuğu oldu. Dahi rəhbər 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimində bu məsələyə xüsusi diqqət yönəldərək demişdir: «Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır.Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə “Kitabi-Dədə Qorqud” qədim yazılı abidəsinin, Füzuli, Nəsimi kimi korifey sənətkarların dünya miqyasında yubileylərinin keçirilməsi, Molla Pənah Vaqifin, Hüseyn Cavidin məqbərələrinin inşa edilməsi, İmadəddin Nəsiminin, Nəriman Nərimanovun, Cəfər Cabbarlının heykəllərinin ucadılması, şəhidlərin xatirə kompleksinin və digər monumental sənət əsərlərinin yaradılması, ədəbiyyat və mədəniyyət xadimlərimizin ev muzeylərinin yaradılması, “Gülüstan” sarayı, Opera studiyası, Xoreoqrafiya məktəbi memarlıq abidələri əlamətdar hadisələr idi. Bütün bunlar Azərbaycan xalqının milli mədəniyyətinin misli görünməmiş yüksəlişinin təzahürləri idi. Ulu Öndər Heydər Əliyev görkəmli Azərbaycan ziyalı və incəsənət xadimləri haqqında sitatlar söyləmişdir. Mövzu ilə bağlı bir neçə sitata nəzər yetirək. 21 sentyabr 1993-cü il tarixdə Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə Heydər Əliyev demişdir: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.” 18 sentyabr 1994-cü il tarixdə Böyük dirijor və bəstəkar Niyazinin ev-muzeyinin təntənəli açılışında Ulu Öndər söyləmişdir: “Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır.”
Heydər Əliyevin Azərbaycana, regiona və dünyaya ciddi töhfələr verdiyi hamılıqla tanınan faktdır. Onun dövlət quruculuğu kursunu Prezident İlham Əliyev böyük uğurla inkişaf etdirir. Ümumiyyətlə, Ulu öndərin əvəzsiz xidmətlərindən biri də Azərbaycan xalqının gələcək tərəqqisini təmin edən İlham Əliyev kimi böyük siyasət xadimini yetişdirməsi idi. Bu, əslində, Heydər Əliyevin Vətən sevgisindən, siyasi peşəkarlığından, milli dəyərlərə ciddi bağlılığından qaynaqlanır. Yəni Ulu öndər müstəqil Azərbaycan naminə yalnız yaşadığı dövrü deyil, gələcəyi də düşünüb! Buna görə də Ulu öndər ümummilli lider kimi həmişəyaşardır, xalqın qəlbində, dövlətin bütün istiqamətlər üzrə aparılan uğurlu siyasətinin ruhundadır. İlham Əliyevin hakimiyyət dövrünü biz, həm də Ulu öndər Heydər Əliyevin hakimiyyətinin üçüncü mərhələsi kimi də qiymətləndirə bilərik. Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev məktəbinin ən layiqli davamçısı kimi onun Azərbaycan dövləti ilə bağlı yarım qalan işlərini davam etdirdi. Bu gün Azərbaycan dövləti ərazi bütövlüyünü bərpa etmiş, regionun ən güclü dövlətinə çevrilmişdir. Bu regionda Azərbaycanın razılığı və iştirakı olmadan hər hansı bir layihənin icrası mümkün deyil. Azərbaycan dünyada tanınan, sayılan və hörmət edilən bir ölkədir. Vaxtilə Ulu öndər Heydər Əliyev “Azərbaycan dünyaya günəş kimi doğacaq” deyirdi. Məhz Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan dünyaya günəş kimi doğdu.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024