Mobil versiya
Tarixin anlaşması-Şuşa Bəyannaməsi
Tarix: 17-06-2023 | Saat: 12:28
Bölmə:Ölkə | çapa göndər

Tarixin anlaşması-Şuşa Bəyannaməsi

Böyük türk dünyasının fenomen oğlu, əsrimizin seçilmiş türk lideri Rəcəb Tayyib Ərdoğan yenə vətəni saydığı Azərbaycandadır.
Bildiyimiz bir deyim var ki, hər xalqın çətin ağrılı və sınaq günlərində seçilmiş bir dəstəyi, köməyi, güvənəcəyi bir şəxsiyyəti olur.
Zaman da, bu böyük tarixi şəxsiyyəti bir daha Azərbaycanın hər zaman yanında olduğunu bütün dünyaya göstərdi.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana 13 iyun tarixli səfəri isə tarixi bir anlaşmanın Şuşa Bəyannaməsinin rəsmən bir millət iki dövlət olmasının bariz nümunəsidir.
Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan dövlətləri rəsmən müttəfiq oldular. Şuşa bəyannaməsinin Qarabağ torpağının tacı sayılan Şuşa şəhərində imzalanmasıda bu iki qardaş dövlətlər üçün rəmzi məna daşıyır. Çünki otuz illik girov olan torpaqlarımızı məhz türk dövlətinin mənəvi və maddi dəstəyi, eləcədə iki qardaş xalqın birliyi nəticəsində erməni işğalına son qoyulmuşdur.
Bu günlərdə yenidən çox hörmətli qonağımızın Azərbaycana gəlişi çox sevinclə qarşılandı.
Bu məqsədlə Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan ilə geniş tərkibdə görüşü keçirildi. Görüş zamanı cənab İlham Əliyev dedi: Sizin dövlət səfəriniz bizi çox məmnun edir. Şadam ki, prezident seçkilərindən qısa müddət sonra siz Azərbaycana səfər edirsiniz. Mən sizi bir daha qazandığınız qələbə münasibəti ilə təbrik edir, sizə yeni uğurlar arzulayıram. Əminəm ki, həmişə bizim dostluğumuz, qardaşlığımız daim əbədi qalacaqdır.
Türkiyə Azərbaycan birliyi qardaşlığı bu beynəlxalq amildir, sabitlik, inkişaf və təhlükəsizlik amilidir. Seçkilərdən sonra Türkiyə Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində türkiyə və Azərbaycan dövlətləri arasında olan qardaşlıq əlaqələri dayanır. Doğurdanda əməkdaşlığımız və əlaqələrimiz bütün sahələrdə konkret proqram əsasında qurulmuş və inkişaf etmişdir. Çünki Qarabağ bölgəsinin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi nəzərərindən Türkiyə Azərbaycan birliyi hər iki xalq üçün çox önəmlidir. Belə ki, Azərbaycan ordusu bundan sonra Türkiyə modeli əsasında qurulacaq və inkişaf edəcəkdir. Bununla bağlı cari il üçün 16 birgə hərbi təlim keçirilməsi nəzərdə tutulmuşdur. Artıq o təlimlərdən 6 sı keçirlmiş, müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planl hazırlanmışdır. Biz öz yolumuzu özümüz addımlamalıyıq. 30 illik işğal dönəmində beynəlxalq hüququn susması, və çalışmaması bizə belə düşünməyə və addım atmağa vadar elədi.
Türkiyə dövləti ilə ticarət dövriyyəsi sürətlə artır, və gələcəkdə 1 milyard dollardan çox olacaqdır. Birgə həyata keçirəcəyimiz lahiyələr içərisində Azərbaycandan Türkiyəyə təbii qazın ixracı məsələsi çox önəmlidir. Bu hün həm qaz, həm neft və neft məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələrimizdə mövcuddur.
İndiki ən əsas məsələlərdən biridə orta dəhlizin yəni, Zəngəzur dəhlizinin açılmasıdır. Bu istiqamətdə Azərbaycan Türkiyə birliyi üçün yeni imkanlar açacaq, bölgədə iş birliyi məsələlərinə müsbət təsir göstərəcəkdir. Şuşa Bəyannaməsinin ən vacib layihəsindən biridə Türkiyə-Azərbaycan birgə universitetinin yaradılmasıdır. Bu istiqamətdə yeni danışıqlar aparılır. Yaxın aylarda bu məsələdə öz müsbət həllini tapacaqdır. Sonda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın tarixi bir çıxışı oldu. O qeyd etdi ki, Şuşa bəyannaməsi ilə mütəffiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimiz bütün sahələrdə inkişaf etdirməyə qərarlıyıq. Çünki bu birliyimizi, qardaşlığımızı büten dünya izləyir. Şuşada baş konsulluğun açılması bütün dünyaya bir mesaj olacaqdır. Türkiyə və Azərbaycan iki qardaş ölkədir. “Bir millət iki dövlət” düşüncəsi ilə bu günə qədər addımladıq. Bunun son örnəyi Türkiyədə baş verən zəlzələ fəlakəti zamanı gördük. Azərbaycan höküməti və xalqı dərdimizi öz dərdi kimi bölüşdü.
Vətən- xalq ürəklə sevilər, düşüncələrlə qorunar, idarə olunar.
Xoş Gəlmişsiniz sayın Ərdoğan ayağınız sayalı, qədəmləriniz uğurlu düşərli olsun, “ bir millət iki dövlət” olan birliyimiz üçün.

Gülnarə Hacıyeva
Nəsimi rayon İŞ-nın sədr müavini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024