Novruzəli Aslanov: “Pakistan hər zaman Azərbaycana öz dəstəyini açıq mətnlə ifadə edib”
Tarix: 16-06-2023 | Saat: 18:17
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Bu gün biz birmənalı olaraq deyə bilərik ki, Azərbaycan və Pakistan dost və qardaş ölkəlrdir. Pakistan ölkəmizin müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkə, eləcə də Azərbaycanda səfirliyini açan ilk ölkələrdən biridir. Pakistan istər işğal illərində, istərsə də II Qarabağ savaşının davam etdiyi dövrdə hər zaman Azərbaycana öz dəstəyini açıq mətnlə ifadə edib. Xatırlamaq yerinə düşər ki, 1993-cü il aprelin 30-da keçmiş Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa da məhz Pakistan sədrlik edib. Lakin belə bir vacib məqamı da qeyd etmək lazımdır ki, Qarabağ problemində hər zaman ölkəmizin mövqelərini dəstəkləyən Pakistana Azərbaycan da öz növbəsində daim Kəşmir məsələsində dəstək verib. Hələ 1996-cı ildə Ulu Öndər Heydər Əliyev Pakistanda rəsmi səfərdə olmuşdu ki, bu da iki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan vermişdi. Səfər zamanı Azərbaycan və Pakistan Prezidentləri Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-brilərini dəstəklədiklərini bəyan etmişdilər. Həmçinin Prezident Heydər Əliyev və Pakistanın Baş naziri Bənəzir Buhutto iki ölkə arasında sənədləri imzaladıqdan sonra birgə mətbuat konfransı keçirmişdilər və həmin konfransda Ulu Öndər Heydər Əliyev belə demişdi: “Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycan Prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik”. Bu gün biz birmənalı olaraq deyə bilərik ki, 44 günlük Vətən müharibəsinin gedişində dost və qardaş ölkələr adlandırdığımız Türkiyə və Pakistanın Azərbaycan dövlətinə, Azərbaycan xalqına verdikləri siyasi-mənəvi dəstək həqiqətən də hansısa keçici maraqlara deyil, fundamental prinsiplərə və həqiqi dostluq münasibətlərinə əsaslanıb.”
Bu sözləri AİA.Az -a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra deputat Pakistanın Baş nazirinin ölkəmizə etdiyi səfərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin iyunun 15-də Azərbaycanda rəsmi səfərdə olması iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Artıq xəbər verildiyi kimi, cənab Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin keçirdikləri həm təkbətək, həm də geniş tərkibli görüşlər zamanı ikitərəfli münasibətlərin gündəliyi o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, enerji, daşımalar, müdafiə sənayesinə aid mühüm məsələlər ətraflı müzakirə olunub. Keçirilən görüşlərdən sonra mətbuata bəyanatla etdiyi çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev əmin olduğunu bildirib ki, Baş nazirin ölkəmizə səfəri nəticəsində müxtəlif sahələr üzrə yeni əməkdaşlıq proqramı işlənib hazırlanacaq və bu sənəd ölkələrimiz arasında tərəfdaşlığı daha da gücləndirəcək. Həmçinin qeyd olundu ki, görüşlərin gedişində regional təhlükəsizlik məsələləri də ətraflı təhlil olunub. Məlumdur ki, müasir dünyada məhz güc amili getdikcə daha qabarıq formada ön plana çıxmaqdadır. Ona görə də yalnız güclü hərbi potensial istənilən bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün qarantı kimi çıxış edə bilər. Məhz bu səbəbdən də Azərbaycan və Pakistan rəhbərləri arasında aparılan müzakirələrdə müdafiə sənayesi sahəsində əməkdaşlıq xüsusi yer alıb, birgə hərbi təlimlərin sayının artırılması məsələsi müzakirə edilib. Həm Azərbaycan, həm də Pakistan öz təcrübələrindən yaxşı bilirlər ki, bu gün dünyada beynəlxalq hüquq selektiv şəkildə tətbiq edilir. BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra olunur, digərləri isə uzun illər boyunca yalnız kağız üzərində qalır. Azərbaycan 30 il ərzində Ermənistanla danışıqlarda iştirak etdi və bu danışıqlar heç bir nəticə vermədi. Yalnız dövlətin sahib olduğu hərbi güc, möhtərəm Prezidentimizin qətiyyəti və Azərbaycan Ordusunun əzmi ölkənin ərazi bütövlüyünü bərpa etdi. Ona görə də, hər bir ölkənin ərazi bütövlüyü, təhlükəsizliyi və firavanlığı birbaşa həmin ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır”.
Sonda N.Aslanov Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlığın vacib önəm kəsb etdiyini qeyd edərək bildirib ki, bu istiqamətdə atılacaq addımlar xalqlarımızın daha da yaxınlaşmasına, dostluq və qardaşlıq əlqələrinin bir qədər də möhkəmlənməsinə xidmət edəcək: “Öz çıxışında cənab Prezident İlham Əliyev qeyd etdiki, Azərbaycan və Pakistan arasında əlaqələrin genişləndirilməsi üçün bir çox sahələrdə böyük imkanlar mövcuddur. Əlbəttə ki, ilk növbədə enerji sahəsində olan perspektivlər daha yüksək qiymətləndirilir. Eyni zamanda şəhərlərimiz arasında uçuşların sayını artırmaq barədə razılığın əldə olunması önəmli bir məqamdır. Lakin bütün bunlarla yanaşı dövlət başçımızın çıxışında məhz təhsil sahəsində böyük potensialın olduğu xüsusi vurğulanıb. Qeyd olunub ki, bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu, ötən ildə qeydə alınmış göstərici ilə, 100 nəfər tələbə sayı ilə müqayisədə kifayət qədər böyük irəliləyiş deməkdir. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Əlbəttə ki, məhz bu istiqamətdə, təhsil sahəsində əməkdaşlığın inkişafı ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə və möhkəmlənməsinə müstəsna töhfələr verəcək”, - deyə Novruzəli Aslanov fikirlərini sona çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024