Səttar Möhbalıyev: “Pakistan dünyada ədalətli mövqeyi ilə tanınır”
Tarix: 16-06-2023 | Saat: 10:41
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər
“Tərəddüd etmədən deyə bilərik ki, bu gün dünyada Azərbaycana ən yaxın dost olan ölkələrdən biri də Pakistandır. Bu ölkə hər zaman Azərbaycana dəstək verib. Öncə onu qeyd edim ki, Pakistan ölkəmizin müstəqilliyin tanıyan, diplomatik əlaqələr quran və Bakıda səfirlik açan ilk ölkələrdən biridir. Hər zaman bizimlə səmimi münasibətdə olub, Azərbaycanın haqq işinə dəstək verib, ədalətli mövqeyini beynəlxalq səviyyədə müdafiə edib. Eləcə də məhz Azərbaycan ərazisinə təcavüz etdiyi üçün Ermənistanla diplomatik əlaqələr qurmayıb, həm də rəsmən işğalçı ölkəni bir dövlət kimi tanımayıb. Bu, qardaş Pakistanın dövlət siyasətinin haqq və ədalətə söykəndiyinin təcəssümüdür”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın parlaq Qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində Pakistanın möhtəşəm dəstəyini unuda bilmərik, birmənalı şəkildə rəsmən Azərbaycanın yanında olduğunu bəyan etdi: “Bu ölkənin kütləvi informasiya vasitələri, demək olar ki, hər gün müharibənin gedişi ilə bağlı məlumatlar verir, həqiqəti ölkə və dünya ictimaiyyətinə çatdırırdılar. Bu qardaş dəstəyini hər bir azərbaycanlı öz üzərində hiss edir, buna minnətdarlıq əlaməti olaraq ölkəmizin hər yerində qardaş Pakistanın bayrağı bizim bayraqla birgə dalğalandırılırdı. Əminliklə ifadə edə bilərik ki, Azərbaycan-Pakistan əlaqələri bir çox sahələrə əhatə etməklə daim yüksələn xətlə inkişaf yolu tutub, bu münasibətlər hər iki ölkənin xarici siyasətində prioritet təşkil edib, həm ikitərəfli, həm də çoxşaxəli xarakter daşıyıb”.
“Etiraf edək ki, hazırda dünyada gərginlik xeyli artıb, proseslərin mürəkkəbliyi getdikcə dərinləşir, yeni-yeni ittifaqlar, bloklar yaranır. Belə bir məqamda böyük hərbi gücü olan, iqtisadi imkanları getdikcə genişlənən Pakistanla əlaqələrimizin inkişafı son dərəcə önəmlidir. İnanırıq ki, qardaş ölkənin Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri, keçirilən görüşlər, aparılan müzakirələr dönməz xarakter alan mövcud əlaqələrimizi daha da möhkəmləndirəcək, yeni sahələr üzrə əməkdaşlığa geniş imkanlar açacaq. Bu səfərdə ticarət və sərmayə, enerji, müdafiə sənayesi sahələrində əməkdaşlığa xüsusi diqqət yetirilib. Bu da, təbii ki, qeyd olunan sahələrdə əlaqələrin inkişafını nəzərdə tutur və bunun üçün potensial xeyli yüksəkdir”, - Milli Məclisin deputatı bildirib.
“O ki qaldı hərbi təlimlərlə bağlı, bunun önəmini dövlətimizin başçısı cənab İlham Əliyev xüsusi olaraq qeyd etdi və təlimlərin sayının artırılması nəzərdə tutulub. Məlumdur ki, Azərbaycan, Türkiyə və Pakistan hərbçiləri mütəmadi təlimlər keçir, döyüş qabiliyyətlərini artırırlar. Təbii ki, bu da dövlətlərimizin müdafiə qüdrətinin artırılması, müstəqilliyin və ərazi bütövlüyünün qorunması, təhlükəsizliyin təmin olunması baxımından müasir dövrdə xüsusi önəm kəsb edir, - AHİK sədri vurğulayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
24-12-2024