Mobil versiya
Abşeron rayonuda Milli Qurtuluş Günü münasibətilə konsert keçirilmışdır -Fotolar
Tarix: 15-06-2023 | Saat: 15:21
Bölmə:Ölkə | çapa göndər

Abşeron rayonuda Milli Qurtuluş Günü münasibətilə konsert keçirilmışdır

AİA.Az xəbər verir ki, Abşeron rayonuda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə konsert keçirilmışdır. Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda baş tutan konsertdə şəhid ailələri, Vətən Müharibəsi iştirakçıları və rayon ictimaiyyəti iştirak etmişdir. Konsertdə xalqımızın Ümummilli Lideri, Müstəqil Azərbaycanın memarı, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin iyun aynda Bakıya gəlişi və bundan sonra ölkədə həyata keçirilən irimiqyaslı işlər barəsində məlumat verilmişdir. Bildirilmişdir ki, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir. Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısı alınmışdır.
Respublikamızın tanınmış incəsənət xadimlərinin müxtəlif repertuarlarla çıxış etdiyi və sakinlərin böyük coşqu ilə qarşıladığı konsert proqramı atəşfəşanlıqla sona çatmışdır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024