Mobil versiya
TƏCİLİ: Ermənilər “Laçın” sərhəd-buraxılış məntəqəsini atəşə tutublar - Sərhədçimiz yaralanıb
Tarix: 15-06-2023 | Saat: 10:40
Bölmə:Manşet / Ölkə | çapa göndər

TƏCİLİ: Ermənilər “Laçın” sərhəd-buraxılış məntəqəsini atəşə tutublar - Sərhədçimiz yaralanıb

15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb.

Bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyatı təhlükəsi yoxdur.

Bu təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025