Mobil versiya
İcra başçısı 14 iyun - Ümumdünya Qan Donoru Günü münasibətilə "Fəxri donor" elan olunub
Tarix: 14-06-2023 | Saat: 09:24
Bölmə:Ölkə / Özəl | çapa göndər

İcra başçısı 14 iyun - Ümumdünya Qan Donoru Günü münasibətilə "Fəxri donor" elan olunub

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 14 iyun – Ümumdünya Qan Donoru Günüüylə əlaqədar Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankının Gəncə Bölməsinin baş həkimi Vüsalə Əhmədova ilə görüşüb.

aia.az bildirir ki, görüş zamanı bu günün dünyada geniş qeyd olunması ictimaiyyətin diqqətini insanlığın təhlükəsiz qan və qan komponentlərinə olan tələbatına cəlb etmək, bu sahədə əhalini məlumatlandırmaq və başqalarının həyatını xilas etmək naminə təmənnasız olaraq öz qanını verən xeyirxah və mərhəmətli qan donorlarına hörmət və ehtiram göstərmək məqsədi daşıdığı vurğulanıb.
Vüsalə Əhmədova qan donorluğunda fəal iştirakına və qana ehtiyacı olan insanların həyatını xilas etdiyi üçün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova "Təşəkkürnamə" təqdim edib.
Şəhər rəhbəri eyni zamanda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən "Fəxri donor" elan olunub. 
İcra başçısı göstərilən bu diqqətə görə minnətdarlığını bildirib.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025