Eldar Quliyev: “1993-cü ilin ortalarında Azərbaycanda mövcud olan qeyri-qanuni silahlı birləşmələr mərkəzi hakimiyyətin nüfuzunu tamamilə heçə endirmişdi və hər an hökumətin fiziki kənarlaşdırılması aktı həyata keçirilə bilərdi”
Tarix: 12-06-2023 | Saat: 16:37
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-4 | çapa göndər
Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycanda elan olunmuş “Heydər Əliyev İli” ölkənin ümumi inkişafı, xalqımızın rifah yüksəlişi, dövlətimizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi baxımından müstəsna əhəmiyyət kəsb edən çeşidli özəllikləri ilə davam edir. Əlbəttə ki, bu özəlliklərdən biri də yaşadığımız hər günün və xüsusilə də qeyd olunan özəl tarixi günlərin önəminin daha da artması ilə bağlıdır. Eləcə də bu günlərdə bütün xalqımızın böyük coşqu və ruh yüksəkliyi ilə qeyd etdiyi Milli Qurtuluş Günü bu möhtəşəm ildə bir çox özəlliklərini daha qabarıq formada nümayiş etdirir.
İstər Azərbaycan daxilində, istərsə də beynəlxalq müstəvidə gedən proseslərin intensivliyi və mütərəqqi dinamikası, Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri və mühüm beynəlxalq tədbirlərdə iştirakı, Azərbaycanın xarici siyasət kursuna və ilk növbədə enerji siyasətinə dünyada marağın son dərəcə böyüməsi, ölkəmizlə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldıran ölkələrin sayının getdikcə artması Heydər Əliyev İlinin yaradıcı ruhunu əks etdirən əsas göstəricilər kimi çıxış edirlər.
Bugünkü buraxılışımızda Azərbaycanın dünya və Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərinin inkişaf perspektivləri, ölkəmizin Avrasiya məkanında gedən proseslərdə rolu və mövqeyi, eləcə də mövzu ətrafında Azərbaycan ictimaiyyətini maraqlandıran digər məsələlər barədə AİA.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev cavablandırır.
- Xoş gördük Sizi, Eldar müəllim. Növbəti dəfə Sizinlə görüşmək bizim üçün olduqca xoşdur və əlbəttə ki, müsahibə üçün bizə vaxt ayırdığınıza görə Sizə bütün redaksiyamız adından dərin təşəkkürümüzü bildiririk.
- Xoş gününüz olsun. Təşəkkür edirəm sizə xoş sözlərinizə görə. İnanın ki, mən də sizinlə yenidən həmsöhbət olmaqdan çox məmnunam. Əminəm ki, bugünkü söhbətimiz də məzmun baxımından kifayət qədər aktual və maraqlı olacaq.
- Eldar müəllim, bu günlərdə böyük təntənə ilə qeyd etdiyimiz Milli Qurtuluş Günü Azərbaycan xalqının ən möhtəşəm bayramlarından biridir. Bu il isə, xalqımız bu tarixi öz dahi xilaskar oğlunun 100 illik yubileyi ilə eyni ildə, Heydər Əliyev İlində qeyd edir. Əlbəttə ki, bu fakt yaşadığımız ilin hər günü kimi, Qurtuluş Gününün də önəmini xüsusi vurğulamış olur. Bu baxımdan 15 iyun tarixinin mahiyyəti və bu günün müasir müstəqil Azərbaycanın formalaşmasında rolu barədə Sizin fikirlərinizi bilmək oxucularımız üçün də çox maraqlı olar.
- Ümumiyyətlə bu kimi mövzularda fikir söyləyərkən ilk növbədə məhz belə bir aspektdən çıxış etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev öz xalqını, öz Vətənini sonsuz məhəbbətlə, misli görünməmiş bir fədakarlıqla sevirdi. Ulu Öndərimizin məhz elə bu fədakarlığı və əlbəttə ki, dahi rəhbərin XX əsrin ən görkəmli dövlət və siyasi xadimlərindən biri kimi malik olduğu müstəsna keyfiyyətlər Heydər Əliyevə Azərbaycan xalqının Ümummilli Lideri adını qazandırmışdır. Müstəqilliyimizin ilk illərində Azərbaycanı dücar olduğu bəlalardan və hələ qarşıda bizi gözləyən daha böyük təhlükə və fəlakətlərdən xilas etmək üçün Ümummilli Liderimiz həqiqətən çox əziyyətlər çəkib, böyük səylər göstərib. Məlumdur ki, xarici hərbi təcavüz, ölkə daxilində separatçı qüvvələrin baş qadırması, hakimiyyət uğrunda müxtəlif siyasi qüvvələrin silahlı qarşıdurmalara rəvac verməsi və sairə bu kimi dağıdıcı proseslərin hər biri özü-özlüyündə istənilən bir suveren dövlətin mövcudluğuna təhdid yaradan amillər kimi çıxış edir. 1991-1993-cü illərdə isə bu amillərin hamısı ölkəmizdə eyni vaxtda yaşanmaqda idi. İndi təsəvvür edin ki, ölkəmiz necə böyük təhlükələrlə üz-üzə idi. Artıq 1993-cü ilin yayında respublikada həyatın bütün sahələrini bürümüş böhran özünün pik həddinə çatmışdı. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, talan edilməsi adi hala çevrilmişdi. İdarəçiliyə, həm də dövlətin idarə olunmasına kriminal düşüncəli adamlar vəzifəyə gətirilirdi. Ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Anarxiya, xaos və özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması nəticə etibarı ilə ölkə ərazisinin 20 faizinin işğalına yol açdı. Şuşa və Laçın faktiki olaraq düşmənə təhvil verildi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində Kəlbəcər işğal altına düşdü. Ölkənin şimalında və cənubunda formalaşmış separatçı qüvvələr xarici düşmənlərin təhriki və dəstəyi ilə Azərbaycanı parçalamaq və müstəqil dövlətimizin vahid bir ölkə kimi mövcudluğuna son qoymaq üçün artıq hərəkətə keçmişdilər. Əlbəttə ki, bütün bu amillər ölkəni düçar olduğu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparacaq liderə ehtiyac olduğunu şərtləndirirdi. Yaranmış vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin ölkədə hakimiyyətə dönüşündə görürdü. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi.
- Yeri gəlmişkən, Eldar müəllim, həmin dövrdə bir vaxtlar Heydər Əliyevin siyasi hakimiyyətdən nəyin bahasına olursa-olsun uzaqlaşması üçün əllərindən gələni edən iqtidar təmsilçilərinin, indi birdən-birə Ulu Öndəri təkidlə ölkəyə rəhbərliyi öz üzərinə götürməyə dəvət etmələri də son dərəcə diqqətəlayiq bir hal idi. Bu vəziyyəti necə şərh edə bilərsiz?
- Məsələ bundadır ki, ovaxtkı iqtidar ölkədə yaranmış vəziyyətə görə birbaşa məsuliyyət daşımaqla bərabər, eyni zamanda özü də artıq böyük təhdid altında idi. Müxtəlif siyasi qruplaşmalar tərəfindən yaradılmış qeyri-qanuni silahlı birləşmələr mərkəzi hakimiyyətin nüfuzunu heçə endirmişdi və istənilən an hökumət üzvlərinin fiziki kənarlaşdırılması aktı həyata keçirilə bilərdi. Belə bir mürəkkəb, təhlükələrlə dolu, faktiki olaraq ölkənin taleyinin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli Lider doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirərək, respublikanı ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı. Nisbətən qısa müddətdə bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısı alındı, Ulu Öndər yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas etdi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin tarixi gün Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Buna görə də 15 iyun tarixi Azərbaycanda hər il Milli Qurtuluş Günü kimi qeyd edilir və az öncə sizin də vurğuladığınız kimi, tamamilə haqlı olaraq, xalqımızın ən önəmli bayramlarından biri hesab olunur.
- Eldar müəllim, etiraf etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi milli inkişaf strategiyası bu gün doğma Azərbaycanımızın dinamik inkişafını təmin edən əsas amillərdən biri kimi çıxış edir. Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən bu strategiya hazırda ölkəmizin Avropanın enerji təminatında aparıcı rollardan birinə sahiblənməsini təmin edib. Bu barədə nə deyə bilərsiniz?
- İlk növbədə deməliyəm ki, Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyində rolunun getdikcə artması həqiqətən də ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edən bir amildir. Diqqətəlayiq məqamdır ki, bu qış Avropa İttifaqının enerji təchizatının təhlükəsizliyinin təmin edilməsi üçün məhz Azərbaycan tərəfindən enerji təchizatı həlledici olub. Xatırlayırsınızsa, bunu cari ilin aprel ayında Sofiyada keçirilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın dövlət enerji şirkətləri arasında əməkdaşlığın təşviqi ilə bağlı “Anlaşma Memorandumu”nun imzalanması mərasimində Avropa İttifaqının energetika məsələləri üzrə komissarı şəxsən etiraf edib. Eyni zamanda da Mərkəzi Avropada ən yaxşı, ən real və ən səmərəli həll yolunun qazı məhz Azərbaycandan idxal etmək olduğunu region ölkələrinin hökumət təmsilçiləri də təsdiq edirlər. Yeri gəlmişkən məhz bu Memorandum regiona əlavə qaz təchizatı baxımından alternativ marşrutlar üçün çərçivə təmin edəcək. Belə bir məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycan və Bolqarıstan Prezidentlərinin iştirakı bu tədbirin xüsusi önəm kəsb etdiyini bir daha diqqət mərkəzinə çəkmişdi. Təbii ki, bu layihədə Azərbaycanın rolu müstəsna əhəmiyyət kəsb edir. “Anlaşma Memorandumu”nun imzalanması bu gün Azərbaycandan Avropa İttifaqına təbii qazın təchiz edilməsinin yeni marşrutunun formalaşması istiqamətində atılmış mühüm addımdır.
- Bəs bu Memorandumun ölkəmizə verəcəyi konkret üstünlükləri özünü hansı aspektlərdə göstərə bilər?
- Əlbəttə, yeni layihə təbii qazın etibarlı və sabit enerji təchizatında strateji rol oynayan Azərbaycandan alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi isə təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü təsdiqləyib. Qeyd etmək lazımdır ki, hələ ötən ilin oktyabr ayında Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edərkən, cənab Prezident İlham Əliyev öz çıxışında bu layihənin böyük tarixi əhəmiyyətə malik olduğunu xüsusi vurğulamışdı. Bu gün məhz həmin interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verir, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük fayda gətirir. Məlumdur ki, Azərbaycan qazının artıq iki ilə yaxın bir müddətdir ki, Avropa bazarlarına çatdırılmasını təmin edən Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biri olmaqla Avropanın enerji xəritəsini dəyişmişdir. Avropa İttifaqı ilə Azərbaycan arasında bir müddət əvvəl enerji sahəsində strateji tərəfdaşlıq haqqında imzalanmış Memoranduma əsasən, növbəti bir neçə ildə ölkəmiz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracaq. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsi və Avropanın enerji təhlükəsizliyi məsələsində getdikcə daha önəmli rol oynamasını təmin edir. Təsadüfi deyil ki, bu gün Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb. Dövlət başçımızın dediyi kimi, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.
- Azərbaycan Prezidentinin Bolqarıstana səfərini xatırlamaqla Siz əslində mənim növbəti sualımı da bir qədər öncələmiş oldunuz. Məlumdur ki, Azərbaycanın öz əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdiyi ölkələrdən biri də məhz Bolqarıstandır. Ümumiyyətlə Azərbaycanın bu gün Orta və Şərqi Avropa, eləcə də Balkan ölkələri ilə münasibətlərinin inkişafında xüsusi dinamika müşahidə olunmaqdadır. Bu barədə hansı fikirlərinizlə bölüşmək istərdiniz?
- Dediyim kimi, Sofiyada keçirilmiş “Anlaşma Memorandumu”nun imzalanması mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev iştirak ediblər. Mərasimdə çıxış edən cənab Prezident İlham Əliyev keçən ilin sentyabr ayında özünün Bolqarıstanda, cari ilin mart ayında isə Bolqarıstan Prezidenti cənab Radevin Azərbaycanda rəsmi səfərdə olduğunu xatırladaraq, ölkələrimiz arasında yüksək səviyyədə siyasi dialoqun mövcud olduğunu eyd etdi. Məlum olduğu kimi, hələ 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın davamlılığını təmin edib. Ötən müddət ərzində bu sənəddə təsbit edilmiş bütün məsələlər gerçək həyatda reallaşmış və bu əsasla Azərbaycan-Bolqarıstan əlaqələri daha yüksək səviyyəyə qalxmışdır. Bu gün Azərbaycan-Bolqarıstan münasibətləri sözün əsl mənasında strateji tərəfdaşlıq səviyyəsindədir. Əlbəttə ki, iki ölkə arasında siyasi münasibətlərin xarakterini Azərbaycan və Bolqarıstan Prezidentlərinin təmasları əsasında da müəyyən etmək olar. Eyni zamanda ölkələrimiz arasında indiyədək nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Əlbəttə ki, bütün bunlar ölkəmizin Avropada mövqelərinin möhkəmlənməsinə xidmət edən göstəricilərdir və Azərbaycan bu imkanları maksimal dərəcədə dəyərləndirməyi bacarır.
- Həqiqətən də Azərbaycanın Avropada mövqelərinin getdikcə möhkəmləndiyini çox dəqiq qeyd etdiniz. Düşünürəm ki, bu vəziyyətin formalaşmasında Baltikyanı ölkələrlə münasibətlərin rolu da az önəm daşımır. Siz necə, bu fikirlə razılaşırsınızmı?
- Əslində Azərbaycan çoxşaxəli, balanslaşdırılmış xarici siyasət apardığı üçün Avropanı təmsil edən bütün ölkələrlə əməkdaşlığın inkişafında maraqlıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, Cənubi Qafqazın əsas siyasi və iqtisadi mərkəzi olan, xüsusilə ərazi bütövlüyünü bərpa etdikdən sonra mövqelərini daha da gücləndirmiş Azərbaycan özü də Baltikyanı ölkələr üçün əməkdaşlıq baxımından kifayət qədər cəlbedicidir. Xüsusən Litva Respublikası Azərbaycanla strateji əməkdaşlıq sahəsində daha çox irəliləyişə nail olmuşdur. Əlbəttə ki, Azərbaycan da öz növbəsində Baltikyanı respublikalarla əməkdaşlığa xüsusi önəm verir. Bu da səbəbsiz deyil. Əvvəla, ölkəmiz Litva, Latviya və Estoniya ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu da həmin respublikalarla ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasında yardımçı rol oynayıb. Eyni zamanda Baltikyanı respublikalarla, xüsusən Litva ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə dəstək verib. Ümumilikdə Litva Şərq Tərəfdaşlığı siyasətində Polşa ilə aparıcı mövqeləri bölüşür. Avropa İttifaqında Cənubi Qafqazla bağlı qərarların qəbul edilməsində və dinləmələrdə Litvanın səsi eyni zamanda Latviya və Estoniyanın səsi deməkdir. Yəni ilk növbədə siyasi cəhətdən Litva-Azərbaycan münasibətləri böyük əhəmiyyət daşıyır. Həmçinin Litva neft-qaz ölkəsi sayılan zəngin Azərbaycanın investisiyalarına, ikitərəfli ticarət dövriyyəsinin inkişafına daha çox ehtiyac duyur. Öz növbəsində Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. İkinci Qarabağ müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün yeni imkanlar ortaya çıxıb. Təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. Halbuki Ermənistan belə bir formatın yaradılmasında iştirak edərsə Cənubi Qafqazda Baltikyanı ölkələrdəki kimi qarşılıqlı əməkdaşlıq formatını yaratmaq mümkün olar.
- Yəqin mənimlə razılaşarsınız ki, Azərbaycan-Litva münasibətlərinin formalaşmasında ilk növbədə siyasi müstəvidə əldə olunan anlaşma və razılıqlar rol oynayır...
- Deməliyəm ki, Litva ilə əlaqələrin dərinləşdirilməsi iki ölkə çərçivsindən daha geniş imkan və perspektivlərə malikdir. Belə ki, Azərbaycanla Litva arasındakı ikitərəfli əlaqələrin genişləndirilməsi, həm də bizim Avropa İttifaqı ilə əlaqələrimizin gücləndirilməsinin mühüm tərkib hissəsi olmaqla Azərbaycanın Aİ ilə sıx əlaqələrə dair planlarının gerçəkləşməsinə yaxşı dəstəkdir. Nəzərdən qaçırmaq olmaz ki, Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları da getdikcə böyüyür və bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur. Ölkə Prezidenti cənab İlham Əliyevin hələ 2007-ci ildə Litvaya rəsmi səfəri zamanı ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin bugünkü formatda inkişafı üçün əlverişli zəmin yaradılmışdı. Həmin tarixi səfər çərçivəsində bir çox mühüm sənədlər imzalanmışdı ki, onlardan ən əhəmiyyətlisi kimi “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında” birgə bəyannamə qeyd edilməlidir. Həmin vaxt dövlət başçılarının geniş tərkibdə görüşündə cənab Prezident İlham Əliyev demişdi: “Biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk və bu münasibətlər son vaxtlar xeyli inkişaf etmişdir. Litva və Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında heç bir problem yoxdur və əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir.” Dövlət başçımızın səsləndirdiyi həmin fikirlər bu gün gedən proseslərdə öz təsdiqini tam olaraq tapır. O cümlədən cənab Prezident İlham Əliyevin cari ilin may ayının 21-22-də Litvaya rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına mühüm töhfələr verəcək. Təsadüfi deyil ki, dövlətimizin başçısı Vilnüsdə mətbuata bəyanatla etdiyi çıxışında bir daha vurğuladı ki, Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimiz arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar isə əlbəttə ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir.
Ardı var...
Söhbətləşdi: Azər Məmmədov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024