Mobil versiya
Bakıda 34, bölgələrdə 36 dərəcə isti olacaq - PROQNOZ
Tarix: 12-06-2023 | Saat: 13:07
Bölmə:Ölkə | çapa göndər

Bakıda 34, bölgələrdə 36 dərəcə isti olacaq - PROQNOZ


İyunun 13-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AIA.Az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 29-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında əsasən gündüz saatlarında bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 18-23° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-03-2025