Mobil versiya
Sərnişindaşıma sahəsində yeni cərimələr - SİYAHI
Tarix: 12-06-2023 | Saat: 11:15
Bölmə:Karusel / Ölkə | çapa göndər

Sərnişindaşıma sahəsində yeni cərimələr - SİYAHI


Azərbaycanda sərnişindaşımalara görə yeni cərimələr müəyyən edlir.

AIA.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə - vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edılir.

Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma
qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə - qırx manat məbləğində cərimə edilir.

Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin
və yük daşıma qaydalarını pozmaqla yük və qeyri-müntəzəm sərnişin daşınmasına görə - əlli manat məbləğində cərimə edilir.

Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin
daşınmasının təşkilinə görə - vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir.

AIA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-01-2025