Mobil versiya
Gəncədə yenidənqurma, sülh və inteqrasiya mövzusunda tədbir keçirilib
Tarix: 10-06-2023 | Saat: 10:21
Bölmə:Ölkə | çapa göndər

Gəncədə yenidənqurma, sülh və inteqrasiya mövzusunda tədbir keçirilib

Gəncədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda tədbir keçirilib.
aia.az bildirir ki, tədbirdə Mərkəzin həmsədri İsmayıl Seragəldin, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, müxtəlif ölkələrin 30-dan çox sabiq prezidentləri, baş nazirləri və digər rəsmi qonaqlar iştirak ediblər.
Öncə qonaqlar Nizami Gəncəvinin Məqbərəsini ziyarət ediblər.
Daha sonra Gəncə Dövlət Filarmoniyasının önündə Gəncə Dövlət Dram Teatrının təqdimatında “Xəmsə” adlı ədəbi-bədii kompozisiyaya tamaşa ediblər. Filarmoniyanın solisti Elmir Pişnamazzadənin ifasında dahi şairin sözlərinə bəstələnmiş əsərlər səslənib, Göy-göl Mahnı və Rəqs Ansamblının təqdimatında “Odlar yurdu” kompoziyası qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Bədii hissədən sonra Mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsində yer alan dəyərlərin tədqiqi və təbliği əsasında keçirilən toplantı rəsmi hissəsi başlayıb.
İcra başçısı Niyazi Bayramov qonaqları salamlayaraq Gəncənin tarixi, mədəniyyəti və digər sahələri barədə geniş məlumat verib. Şəhər rəhbəri bildirib ki, Nizami Gəncəvi irsi daim Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olub. Bu gün də Prezident İlham Əliyev Nizami Gəncəvi yaradıcılığını yüksək qiymətləndirir. Natiq Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edilməsinin də dövlət başçısının müvafiq Sərəncamına uyğun olaraq dahi şairin 870 illiyinə təsadüf etdiyini iştirakçıların diqqətinə çatdırıb.
Şeyx Nizami yurdunda olduğundan məmnunluq duyduğunu bildirən İsmayıl Seragəldin Mərkəzin dahi şairin ideaları əsasında qurulduğunu deyib. O, Nizami Gəncəvinin əsərlərində zorakılığı deyil, sülhü üstün tutmağı, səbirli, ədalətli olmağı, cəmiyyətlərin xoşbəxt yaşamalarını təbliğ etdiyini vurğulayıb.
Digər çıxış edənlər dahi şairin əsərlərini, özəlliklə də “Xəmsə”ni dünya ədəbiyyatının xəzinəsi adlandırıblar.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Azər Tağızadə



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə