Mobil versiya
Şuşa Bəyannaməsi – Azərbaycanla Türkiyə qardaşlığının dönüş nöqtəsi
Tarix: 09-06-2023 | Saat: 15:15
Bölmə:Özəl | çapa göndər

Şuşa Bəyannaməsi – Azərbaycanla Türkiyə qardaşlığının dönüş nöqtəsi

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq  və qardaşlıq əlaqələri çox qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dayaq, dəstək olmuş, sıx əməkdaşlıq etmişdir.  Ulu öndərimizin də dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Təsadüfi deyildir ki, Mustafa Kamal Atatürk  Türkiyə dövlətinin müdrik şəxsiyyəti Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri kimi hesab etmişdir. 
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi ölkəmizin diplomatik tarixinin ən mühüm sənədlərindən biri kimi dəyərləndirilməlidir. İki dövlət arasında 300-dən çox razılaşma imzalansa da , öz əhəmiyyətinə görə Şuşa Bəyannaməsi fövqəladə önəm kəsb edən bəyənnamədir.  Birinci və ən mühüm məqam odur ki, Bəyannamə otuz ilə yaxın bir müddətdə işğal altında olmuş və 44-günlük Vətən müharibəsində əldə edilən qələbənin nəticəsində düşməndən təmizlənən və ümumilikdə Cənubi Qafqazın özünəməxsus memarlıq nümunələri ilə seçilən Şuşa şəhərində imzalanıb. Bu mühüm hadisə cənab Prezident İlham Əliyevin hərbi-siyası strategiyasının təntənəsinin növbəti parlaq nümunəsi oldu. Bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya miqyasında ən yaxın olan ölkələrdir. Bu ölkələri birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar, xalqların qardaşlığı bu birliyi təmin edib. Bu gün bu ölkələr dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir.
Belə bir sənədin imzalanması 15 iyun - Milli Qurtuluş günü və Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsi çox ciddi rəmzi bir məna kəsb edir. Unutmamalıyq ki, 1921-ci ildə imzalanmış Qars müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyə Respublikası 100 ildən sonra Şuşa Bəyannaməsini imzalamaqla ən başlıcası Azərbaycanın, və ümumilikdə mürəkkəb bir regionun təhlükəsizliyinə qarant qismində çıxış etməyi qəbul etdi . Qürurverici haldır ki, qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş bölgəmizə səfər edən ilk xarici dövlət başçısı olmuşdur və bu fakt da Azərbaycan-Türkiyə münasibətlərinin ən pik səviyyədə olmasının bariz göstəricisidir.  
Uzun illərdir ki, iki dost və qardaş dövlətlər arasında mövcud olan strateji münasibətlər və bütün sahələrdə olan sıx əməkdaşlıq müttəfiqlik münasibətlərinədək yüksəlməyə nail olmuşdur . Bunu da nəzərə almaq lazımdır ki, bu cür yeni münasibətlər ümumi şəkildə təhlükəsizliyinin təmin edilməsində, iqtisadi inkişafın və regional iqtisadi inteqrasiyanın sürətləndirilməsində çox mühüm rol oynayacaq. 

Mamedova Fəridə ,
YAP-ın üzvü , Nəsimi rayon sakini



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024