Mobil versiya
Eltun Süleymanov: “Şuşa Bəyannaməsi tarixi sənəd olmaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının simvolurur”
Tarix: 09-06-2023 | Saat: 09:34
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Eltun Süleymanov: “Şuşa Bəyannaməsi tarixi sənəd olmaqla yanaşı, Azərbaycan-Türkiyə qardaşlığının simvolurur”

2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" Qardaşlığın rəmzi olan bir Bəyannamədir. Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasındakı əlaqələri ən yüksək səviyyəyə qaldırmaqla Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək səviyyəli əməkdaşlığın təminatı olmuşdur. İmzalanmış Bəyannamə tarixə əsaslanır və möhkəm təməllərə malikdir. Bəyannamədə xalqlarımızın böyük Liderləri, Öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb.Bu da onu göstərir ki, Bəyannamə tarixi köklərə malikdir və bir millətin əsrlər boyu mübarizə apardığı özgürlük mücadiləsinin rəsmi təsdiqidir.
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk XX əsrin əvvəllərində demişdi ki, "Azərbaycanın kədəri -kədərimiz, sevinci- sevincimizdir". XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdi ki, "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir.” XXI əsrin əvvəllərində erməni işğalından azad edilmiş Şuşada müttəfiqlik Bəyannaməsinin imzalanması bu cür yanaşmanın və qardaşlığın əbədiləşdirilməsinin təcəssümüdür.Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir.
Müqavilənin Azərbaycan və Türk dünyası üçün mühüm olan Şuşa şəhərində imzalanması önəmli hadisədir. Şuşanın azad edilməsi, müqavilənin hazırlanması, ora ilk olaraq digər ölkə rəhbərlərindən fərqli olaraq Rəcəb Tayyib Ərdoğanın gəlməsi də mühüm tarixi hadisə idi.

Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-
nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.


Müsahibimiz qeyd edib ki, “Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq. Müdafiə sənayesi, ordu quruculuğu sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet sahədir. Cənab prezident ordunun Türkiyə modelinə keçməsini qarşıya məqsəd qoyub. Son vaxtlar bu məqsəd üçün xeyli işlər görülüb. Bu da Şuşa bəyannaməsindən irəli gələn müddəalardır. Şuşa bəyannaməsi Azərbaycana qarşı yenidən baş qaldırmaq istəyən işğalçılara cavabdır. Şuşa bəyannaməsinin çox böyük əhəmiyyəti var.
Torpaqlarımızın işğaldan azad olunmasından sonra bərpa işlərində Türkiyə ilə əməkdaşlığımız təqdirəlayiq addımdır. Füzuli və Zəngilan hava limanlarının açılışında Rəcəb Tayyib Ərdoğan da iştirak etmiş, bundan əlavə Zəngəzur dəhlizi üçün yolun təməli qoyulub. Yolun Azərbaycan hissəsində həm dəmiryolu, həm də magistral yolun çəkilməsi sürətlə davam edir. Yaxın zamanda bu yol fəaliyyətə başlayacaq. Bu yol Türkiyə və Azərbaycanı bir-birinə qovuşduracaq. Türkiyə-və Azərbaycanın münasibətləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev sayəsində yüksək səviyyədədir. Hər iki prezident Şuşa bəyannaməsini yüksək qiymətləndirib. Bəyannamə son dövrün ən tarixi hadisəsidir. Şuşanın azad olunmasından sonra Şuşada ən böyük tarixi hadisə bu bəyannamənin imzalanmasıdır. Bəyannamə gələcəkdə ölkələrin bütün sahələrdə əməkdaşlığı üçün hüquqi bazadır.”

Eltun Süleymanov bildirib ki, “Şuşa Bəyannaməsinin məhz 15 iyunda imzalanmasının da rəmzi mənası var. 15 iyun Azərbaycanın Milli qurtuluş gündüdür. Bu gün tarixdə ulu öndər Heydəır əliyevin adı ilə əbədiləşmişdir. Belə bir gündə Bəyannamənin imzalanması bir sıra qüvvələrə ciddi mesajdır. Ulu öndərin vaxtilə dediyi “müstəqilliyimiz əbədidir, daimidir dönməzdir” fikrinin reallıqda təsdiqi olan bu sənəd müstəsna əhəmiyyətə malikdir. Bu sənəd müharibədə rüsvayçı şəkildə məğlubiyyətlə üzləşən bədnam düşmən, Ermənistan və havadarları Azərbaycana, onun ayrılmaz hissəsi olan Qarabağa nə vaxtsa yenidən hərbi təcavüz etmək niyyətinə düşərlərsə qarşılarında Türkiyəni də görəcəklər. Bəyannamənin məhz Şuşa şəhərində imzalanması hər iki ölkənin bu məsələdə qətiyyətli mövqeyinin aşkar ifadəsidir. Tarixi əhəmiyyət kəsb edən, iki ölkənin gələcək strateji yoluna işıq salan növbəti bir addım kimi qiymətləndirilən Bəyannamə əslində düşünülmüş və yüksək dəyərlərə dayanan möhkəm işbirliyinin aydın ifadəsidir. İlk dəfə bu sənəddə səsləndirilən Zəngəzur dəhlizi layihəsi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir.”

Müsahibimiz sonda qeyd edib ki, “Bəyannamənin ən mühüm müddəalarından biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb. Bu müddəalar iki ildir ki çox yüksək səviyyədə həyata keçirilir və Azərbaycan –Türkiyə qardaşlığını dünyaya çatdıran ən mühüm mesaj olaraq qəbul edilir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024