Mobil versiya
Qarabağ tarix yazacaqmı??
Tarix: 27-07-2016 | Saat: 15:21
Bölmə:İdman | çapa göndər

Qarabağ tarix yazacaqmı??

Çempionlar liqasının 3-cü təsnifat mərhələsində Ağdamın Qarabağ komandası iddialı komandalardan sayılan Viktoriya Plzen komandasının qonağı idi. Bu oyunda Viktoriyanın qələbə qazanacağını gözlənilsə də bu baş vermədi. Birinci hissədə Viktoriyanın təzyiqlərinə Qarabağ komandası birtəhər dözməyi bacardı. Bəzi epizodlarda rəqib hesabı açmağa layiq idi, lakin komandamızın bu vəziyyətdə bəxti gətirirdi. Ağdamlılar rəqibi əks-hücumlarda yaxalamaq istəsələr də ələ düşən fürsətlərdən yararlana bilmirdilər. Oyunun 75- ci dəqiqəsində Yan Baranik qırmızı vərəq almaqla komandanı azlıqda qoydu. Ancaq oyunun qalan dəqiqələrində Qarabağ bu vəziyyətdəndə istifadə edə bilmədi. Viktoriyanın pressinqləri Qurban Qurbanovun komandasını düşünülmüş hücum qoymağa mane ola bilirdi. Oyun başladığı kimidə qurtardı 0-0. Bakıdakı oyunda Qarabağ tilsimi qırmağa və tarix yazmağa imkanı var. Beləki Çempionlar liqasında qrup mərhələsi oyunu kimi təcrübəyə malik Viktoriya səddini keçsək Azərbaycan futbolu tarixində yeni bir səhifəyə imza atılmış olacaq. Çünki heç bir komandamız indiyənə qədər Çempionlar liqasında iki mərhələ adlaya bilməmişdi. Əgər Viktoriya səddini keçmiş olsaq Çempionlar liqasının pleyof mərhələsinə düşməklə bərabər həm də ən azı Avroliqanın qrupuna düşmüş olacağıq.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024