Mobil versiya
Qazaxda “Heydər Əliyev ili” çərçivəsində növbəti tədbir keçirildi -Fotolar
Tarix: 05-06-2023 | Saat: 16:57
Bölmə:Ölkə / Özəl | çapa göndər

Qazaxda  “Heydər Əliyev ili” çərçivəsində növbəti tədbir keçirildi

2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Qazax rayonunda da silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri 5 iyun - Su təsərrüfatı və Meliorasiya işçiləri günü münasibətilə YAP Qazax rayon təşkilatı Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Dahi Rəhbər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək onun əziz xatirəsinə hörmət və ehtiramlarını bildirdilər. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli və mənalı ömür yolunu əks etdirən sərgi və fotostendlə tanış oldular, Ulu Öndərin böyük xilaskarlıq missiyasını və müstəqil Azərbaycanımızın həyatındakı müstəsna xidmətlərini əks etdirən filmi izlədilər.
Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında keçirilən tədbirdə çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən ətraflı danışaraq qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sisteminin yaradıcısı, müəllifi və təşkilatçısıdır. Məhz, Ulu Öndərimizin misilsiz xidmətləri sayəsində kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərarlar qəbul olundu. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və bilavasitə, yüksək nüfuzunun nəticəsi idi. Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusi ilə də kənd təsərrüfatının inkişafında mühüm rola malik olmasını böyük uzaqgörənliklə müəyyən edən Dahi Rəhbər Heydər Əliyev bu sahəyə əsaslı vəsait yatırılmasını ittifaq hökuməti qarşısında bir vəzifə kimi qoydu və bu sahədə möhtəşəm işlərin görülməsinə nail oldu.
Natiqlər son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatının da keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyduğunu əminliklə bildirdilər. Əkin dövriyyəsinin genişləndiyini, məhsuldarğın yüksəldiyini, bu vacib sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələrin formalaşdığını qeyd etdilər. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sahəsində də böyük uğurlar qazanıldığını söylədilər.
Tədbirin sonunda partiya sıralarında yüksək fəallıq göstərən bir qrup partiya üzvü YAP Qazax rayon təşkilatının Fəxri Fərmanları ilə təltif edildi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-11-2024