Mobil versiya
Milli Məclisin sədri xanım Sahibə Qafarova Novruz Aslanova I dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etdi.
Tarix: 31-05-2023 | Saat: 11:07
Bölmə:Manşet / Ölkə | çapa göndər

Milli Məclisin sədri xanım Sahibə Qafarova Novruz Aslanova I dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov aprelin 11-də I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur. Mayın 30-da Milli Məclisin sədri xanım Sahibə Qafarova və sədr müavinləri təntənəli surətdə həmin ordeni Novruz Aslanova təqdim ediblər. Həmin tədbirdə müvafiq ordenlərlə təltif olunmuş bir neçə millət vəkilinə də ordenlər təqdim edilib. Sahibə xanım Qafarova öz çıxışında respublikanın ictimai-siyasi həyatında fəal iştirak edən Novruz Aslanovun parlamentdəki fəaliyyətini də yüksək qiymətləndirib, üzvü olduğu aqrar siyasət və mədəniyyət komissiyalarının işində məhsuldar əməyinin dəyərləndirildiyini, Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş filmin müsiqi tərtibatının Novruz Aslanova məxsus olduğunu, həmçinin, bu təltiflərin ümumilikdə Milli Məclisə verilən qiymət olduğunu bildirib.
Novruz Aslanov söz alaraq bu yüksək təltifə görə dövlət başçısına təşəkkürünü bildirib. Belə bir tədbirin keçirilərək ünvanına səsləndirilən xoş sözlərə görə Sahibə xanım Qafarovaya və Milli Məclisin rəhbərliyinə minnətdarlığını vurğulayıb. Eyni zamanda bunun böyük bir məsuliyyət olduğunu, bundan sonra da dövlətin həyata keçirdiyi uğurlu siyasətində fəal iştirak edəcəyini, dövlətə və onun rəhbərliyinə sədaqətlə xidmət göstərəcəyini və cənab Prezidentin siyasətinin yerlərdə icrasında və yerli ictimaiyyət arasında təbliğində səylərini davam etdirəcəyini söyləyib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-06-2024