Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır
Tarix: 27-05-2023 | Saat: 21:43
Bölmə:Özəl | çapa göndər
Azərbaycan regional əməkdaşlıq üçün əvəzolunmaz ölkəyə çevrilib.Abşeron Logistika Mərkəzi ölkəmizin iqtisadi tərəqqisinə böyük töhfə verəcək.Əlverişli coğrafi mövqe, son illər nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, həyata keçirilən irimiqyaslı layihələr Azərbaycanın tranzit və yükdaşıma potensialından daha səmərəli istifadə etməklə bu sahədən daxil olan gəlirlərin həcminin artmasına geniş imkan yaradır.
Regionda əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək məqsədilə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə edilməklə, tranzit yüklərin ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinə cəlb olunması, bölgələrdə logistika və ticarət mərkəzlərinin yaradılması, həmçinin ölkənin cəlbediciliyinin artırılması qarşıya qoyulan əsas məqsədlərdir.
Strateji Yol Xəritəsində göstərilir ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək üçün idxal-ixrac əməliyyatlarına və tranzit yüklərin daşınmasına sərf olunan vaxt və xərclər optimallaşdırılmalı, sərhəd keçid prosedurları sadələşdirilməli və bu sahədə digər vacib addımlar atılmalı, beynəlxalq dəhlizlər boyu yol infrastrukturu genişləndirilməli, yenidənqurma işləri və tikinti layihələri başa çatdırılmalı və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.
Hədəf 2025-ci ilədək 5-6 logistika və ticarət mərkəzi yaratmaqdır.Bundan başqa, ticarət həcminin artırılması məqsədilə Azərbaycanda logistika və ticarət sahəsinin inkişafı istiqamətində bir sıra təşəbbüslərin həyata keçirilməsi, o cümlədən ölkənin regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı rolunun təmin edilməsi, logistika və ticarət fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur.
Ümumiyyətlə, iki əsas ticarət marşrutu – Şimal-Cənub, Şərq-Qərb üzərindəki əlverişli mövqeyindən istifadə etməklə Azərbaycanın mühüm regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilmək potensialı vardır ki, bu da regional logistika və ticarət gəlirlərində ölkənin payının artırılmasına imkan verəcək.
Yol xəritəsində nəzərdə tutulan əsas istiqamətlər logistika və liman xidmətləri də daxil olmaqla Azad Ticarət Zonasının fəaliyyətinin təşkili, Azərbaycanda 5 və ya 6 logistika və ticarət mərkəzinin yaradılmasıdır. Bu mərkəzlərdən dördü 2020-ci ilədək tamamlanmalıdır.
Tranzit prosedurları asanlaşdırılır və daha da təkmilləşdirilir.Ölkəmizin tranzit daşımaları sahəsində potensialından daha geniş və səmərəli istifadə edilməsi məqsədilə dövlət başçısının 21 oktyabr 2015-ci il tarixli fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb.
Koordinasiya şurasının əsas vəzifələri daşımaların vahid prinsip və şərtlərinin müəyyən olunması, tariflərin optimallaşdırılması, daşıyıcılar ilə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın təmin olunması, tranzit prosedurlarının asanlaşdırılması və təkmilləşdirilməsi, onların sayının və müddətinin azaldılması, tranzit yükdaşımalar sahəsində tam əlverişli sistemin tətbiqi, yüklərin daşındığı ölkələr və aidiyyəti qurumlar arasında əməkdaşlığın genişləndirilməsi, ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin təşviqindən ibarətdir. Bu qurum mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslər tərəfindən tranzit yüklərlə bağlı dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, dəniz limanları və dəniz terminalları xidmətlərinin göstərilməsinə görə tariflərin dövlət tənzimləməsini həyata keçirir, bu sahədə daşıma prosesinin bütün iştirakçılarının fəaliyyətini əlaqələndirir.
Həm Bakı-Tbilisi-Qars dəmir yolunun, həm də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin fəaliyyətə başlaması Azərbaycanın tranzit imkanlarını daha da genişləndirib.
Ölkəmizin tranzit imkanları ilə bağlı fikir səsləndirərkən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Xəzər dənizinin nəhəng enerji ehtiyatlarını dünya bazarlarına çıxaran ilk ölkədir. Xəzər dənizinin şaxələndirilmiş boru kəmərləri sistemi vasitəsilə Qara və Aralıq dənizləri ilə birləşdirilməsi ölkəmizin ən mühüm nailiyyətlərindəndir. Üstün coğrafi mövqeyə malik olan Azərbaycan etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm işlər görür.
Tranzit imkanlarını genişləndirən Azərbaycan dövləti ölkə daxilində olduğu kimi, qonşu ölkələrlə sərhədlərdə də logistika mərkəzləri yaradır. Bunun bariz nümunəsi kimi Qazaxıstanın Aktau limanında tikilən Logistika Mərkəzini göstərə bilərik. Təməli 2014-cü ilin 28 iyun tarixində qoyulan və 2015-ci ilin dekabrında fəaliyyətə başlayan bu mərkəzin ümumi anbar sahəsi 8730 m2 olan quru və soyuducu anbarlar və digər infrastrukturdan ibarətdir. Dəyəri 20 milyon dollar olan Logistika Mərkəzi Almaniya, Niderland, İtaliya, Yaponiya və Türkiyə istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırdatonnajlı nəqliyyat vasitələri ilə təchiz edilib. Bu, Azərbaycanın xarici ölkələrdə ilk Logistika Mərkəzidir. Logistika Mərkəzi Azərbaycanda istehsal olunan sənaye, kənd təsərrüfatı və ərzaq məhsullarının Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrinə, həmçinin Qazaxıstan mallarının ölkəmizə ixracı üçün əlverişli şərait yaradır. Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin və regionda nəqliyyat infrastrukturunun inkişafı, beynəlxalq yükdaşımaların artırılması baxımından Logistika Mərkəzinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.
Logistika Mərkəzinin əsrlər boyu mədəniyyətləri və qitələri birləşdirən tarixi İpək yolunun mərkəzində yerləşən paytaxtımızın Lökbatan qəsəbəsi ərazisində inşa edilməsi xüsusilə əhəmiyyətlidir. Çünki mərkəzin ərazisi ticarət, logistika və sənaye zonalarının kəsişməsində və nəqliyyat şəbəkələrinin mərkəzində yerləşir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gəlib.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Vilnüs Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litvanın ətraf mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşıladılar.
Mayın 22-də Vilnüsdəki Prezident Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausediene qarşıladılar.Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verdi. Azərbaycanın və Litvanın Dövlət himnləri səsləndirildi.Azərbaycan Prezidenti İlham Əliyev və Litva Prezidenti Gitanas Nauseda fəxri qarovul dəstəsinin qarşısından keçdilər.Litva nümayəndə heyəti Azərbaycan Prezidentinə və birinci xanım Mehriban Əliyevaya, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Litva Prezidentinə və xanımı Diana Nausedieneyə təqdim olundu.Sonra birgə foto çəkdirildi.Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xatirə kitabını imzaladılar.
Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə məhdud tərkibdə görüşü keçirilib.Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə geniş tərkibdə görüşü olub.Görüşdə Litva Prezidenti Azərbaycanın xüsusilə son on ildə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirdi.Söhbət zamanı dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyəti vurğulandı. Bu xüsusda Litva Prezidentinin Azərbaycana səfəri və həmin səfər çərçivəsində keçirilmiş görüşlərin önəmi qeyd edildi. Görüşdə ikitərəfli məsələlər müzakirə olundu, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulandı. Bu xüsusda informasiya texnologiyaları, kibertəhlükəsizlik, bərpaolunan enerji, investisiyalar, nəqliyyat kimi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi. Litvada keçiriləcək biznes forumun əhəmiyyəti və biznes dairələri arasında birbaşa təmasların qurulmasının vacibliyi qeyd olundu.
Söhbət zamanı nəqliyyat məsələləri, o cümlədən Xəzər dənizi ilə Baltik dənizinin birləşdirilməsinə dair layihələr barəsində müzakirələr aparıldı. Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına Litvanın dəstəyi yüksək qiymətləndirildi. Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində həyata keçirilən Tvininq layihələrində Litvanın fəal rol oynadığı xüsusi qeyd edildi. Həmçinin bu gün imzalanmış üç sənədin əhəmiyyəti vurğulandı.Söhbət zamanı ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarəolunması sahəsində Litva təcrübəsinin Azərbaycanla bölüşdürülməsinin önəmi diqqətə çatdırıldı.Həmçinin bu gün ölkələrimiz arasında imzalanmış gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Sazişin əhəmiyyəti qeyd olundu, 200-dən çox azərbaycanlı tələbənin Litvada təhsil alması və ölkələrimizin təhsil müəssisələri arasında birgə əməkdaşlığın mövcud olması müsbət amil kimi qiymətləndirildi, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olundu.Görüşdə, eyni zamanda, prokurorluq sahəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı, hər iki ölkənin aidiyyəti prokurorluq orqanları arasında sənədlərin imzalanmasının vacibliyi vurğulandı.Eyni zamanda, Litvadakı Azərbaycan icmasının ölkənin inkişafına töhfə verdiyi, onların bu ölkənin sadiq vətəndaşları olduqları diqqətə çatdırıldı.Görüşdə ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələləri barədə də fikir mübadiləsi aparıldı.Prezident İlham Əliyev litvalı həmkarına Ermənistan ilə Azərbaycan arasında danışıqların aparılması və Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına dair ölkəmizin baxışları haqqında məlumat verdi.
Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə Azərbaycan-Litva sənədlərinin imzalanması mərasimi olub.“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Litva Respublikasının ətraf mühit naziri Simonas Gentvilas imzaladılar.“Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Litva Respublikasının sosial təhlükəsizlik və əmək naziri xanım Monika Navitskiene imzaladılar.“Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”nı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Litva Respublikasının Baş prokuroru xanım Nida Qrunskiene imzaladılar.
Mayın 22-də Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Baş naziri xanım İnqrida Şimonite ilə görüşü olub.Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.Baş nazir Litvanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində həyata keçirilən Tvininq layihələrində fəal rol oynadığını xüsusi qeyd etdi, ölkəsinin bundan sonra da bu sahədə əməkdaşlığa hazır olduğunu bildirdi.Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə bu sahədə böyük potensialın olduğu vurğulandı. Xüsusilə investisiyalar, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh danışıqları prosesi haqqında məlumat verdi. Qeyd etdi ki, Azərbaycan tərəfindən sülh müqaviləsinin imzalanması üzrə beş prinsip təqdim olunub. Həmçinin Azərbaycan bir-birinin ərazi bütövlüyünün və suverenliyinin tanınması prinsipləri əsasında sülh müqaviləsinin imzalanmasına hazır olduğunu dəfələrlə ifadə edib.Söhbət əsnasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə həyata keçirilən Brüssel sülh prosesinin əhəmiyyəti vurğulandı. Litvanın Baş naziri ölkəsinin Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasını dəstəklədiyini qeyd etdi. O, nəqliyyat dəhlizlərinin açılması məsələsində Litvanın ərazisindən keçən və Rusiya ilə Kalininqradı birləşdirən tranzit dəhlizi layihəsi üzrə öz təcrübəsini bölüşməyə hazır olduğunu bildirdi.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüsdə Litva Respublikasının müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.Dövlətimizin başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyev abidənin önünə əklil qoydu.Dövlətimizin başçısına və birinci xanıma Vilnüs Qədim şəhərinin tarixi haqqında məlumat verildi.
Bildirildi ki, Vilnüs Qədim şəhərin arxitekturasında keçmişin və gələcəyin vəhdəti hiss olunur. Şimali Avropanın Orta əsrə aid ən böyük şəhərlərindən sayılan Vilnüsün Qədim şəhər hissəsinin sahəsi təqribən 3,6 kvadratkilometrdir. Burada Avropanın ən qədim qotik, intibah, barokko və neoklassik memarlıq üslublarında inşa olunmuş binalar bir-birini tamamlayır. Ən mükəmməl memarlıq komplekslərindən biri Qədim şəhərin böyük bir hissəsini tutan və 13 həyəti olan Vilnüs Universiteti Memarlıq Ansamblıdır.Qeyd olundu ki, Vilnüs Qədim şəhərinin universal dəyəri və orijinallığı nəzərə alınaraq 1994-cü ildə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Litvanın paytaxtına gələn qonaqlar mütləq Qədim şəhərlə tanış olurlar. Çünki Vilnüsün digər yerləri ilə müqayisədə Qədim şəhərdə diqqət cəlb edən memarlıq abidələri daha çoxdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri mayın 22-də başa çatıb.Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Vilnüs Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir.Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatında bildirib.
Zərinə Hümbətova,
Azərbaycan Dövlət Pedaqoji Universiteti, YAP üzvü, Nəsimi rayon gənci
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-12-2024
28-12-2024