Bu gün Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu prinsiplər əsasında uğurla inkişaf edir
Tarix: 26-05-2023 | Saat: 19:00
Bölmə:Özəl | çapa göndər
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiyaya səfəri çərçivəsində Moskvada keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak etməsi ölkəmizin beynəlxalq nüfuzunun getdikcə yüksəldiyinin daha bir təsdiqidir . Cənab Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan artıq 30 ildir ki, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığını uğurla inkişaf etdirir. Ölkələr arasında qtisadi-ticari əlaqələr ardıcıl şəkildə inkişaf edir və münasibətlərin möhkəmlənməsi davam edir. Təkcə 2022-ci ildə Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında isə, qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Bu vacib geostrateji amil və ölkəmizin durmadan inkişaf edən və yenilənən nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı isə, yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.
Məlumdur ki, Azərbaycan artıq uzun illərdir ki, bölgədə həyata keçirilən və strateji əhəmiyyət daşıyan mühüm beynəlxalq logistik layihələrin ən fəal iştirakçısı, bəzilərinin isə həm də təşəbbüskarıdır. Məsələn, belə layihələrdən olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan həmçinin “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Eləcə də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olmaqla, bütün regionun sürətli inkişafına səbəb olacaq və ölkəmizin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifi də məhz Azərbaycandır.
Əlbəttə ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşarsa və sülh sazişini imzalayarsa bu zaman o da regional əməkdaşlıqdan iqtisadi qazanc əldə edə bilər. Cənab Prezident İlham Əliyevin öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi öz aktuallığını qoruyur və münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında real imkanlar yaranıb. Təqdirəlayiq haldır ki, Ermənistan hökuməti son vaxtlar ölkəmizin ərazi bütövlüyünü tanıdığını və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiq edən bəyantlar səsləndirir. Digər tərəfdən isə, təssüflər olsun ki, bu ölkənin baş naziri hələ də ölkəmizə qarşı əsassız ittihamlar irəli sürməkdə davam edir. O cümlədən Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında da baş nazir Paşinyan əvvəlcə Azərbaycanı Ermənistanın ərazilərinə göz dikməkdə günahlandırmağa cəhd göstərdi. Sonra da ölkəmizi Laçın-Xankəndi yolunu bağlamaqda ittiham etməyə çalışdı. Əlbəttə ki, bütün bunlar əsassız, absurd ittihamlardır. Lakin hər zaman olduğu kimi, cənab Prezident İlham Əliyevin bütün bu əsassız ittihamlara qətiyyətli və birmənalı, real faktlara və sağlam məntiqə əsaslanan cavabları Paşinyanı bu dəfə də çıxılmaz vəziyyətə saldı. Dövlətimizin başçısı açıq mətnlə bildirdi ki, Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamlar absurddur. Azərbaycanın bu cür iddiaları yoxdur. Bunu təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır.
Qeyd olunmalıdır ki, bu gün Azərbaycan ilə Rusiya arasında münasibətlər yüksək səviyyədədir və davamlı olaraq bir-birinin maraqlarını nəzərə almaqla inkişaf edir. Rusiya Prezidenti Vladimir Putinin Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı dediyi sözlər, həmçinin bu yubileyin Rusiyada layiqincə qeyd edildiyini vurğulaması həm Azərbaycana, həm də Ümummilli Liderimizin əziz xatirəsinə sonsuz hörmət və ehtiramın ifadəsi kimi qiymətləndirilməlidir. Həmçinin cənab Prezident İlham Əliyev də öz çıxışında Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Qeyd olundu ki, Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Vladimiroviç Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymuşdular. Rusiya Prezidentinin 2001-ci ildə Azərbaycana səfərindən sonra münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəldi.
Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində də Rusiya önəmli rol oynayır. Ümid etmək olar ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatları, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq.
Arif Fərzəliyev,
YAP Cəbrayıl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-12-2024
28-12-2024