Mobil versiya
Novruz Aslanov seşiciləri ilə onlayn qəbul keçirib -Fotolar
Tarix: 25-05-2023 | Saat: 12:42
Bölmə:Manşet / Ölkə | çapa göndər

Novruz Aslanov seşiciləri ilə onlayn qəbul keçirib

AİA.Az xəbər verir ki, may ayının 25-də millət vəkili Novruz Aslanov İsmayıllı rayon seçiciləri ilə növbəti onlayn qəbulunu keçirib. Videoformatda keçirilən qəbul millət vəkilinin İsmayıllı rayonunda yerləşən ofisində seçicilərlə canlı görüntü vasitəsilə baş tutub. Belə ki, ofisdə bu videoformat üçün bütün lazımi şərait yaradılıb.

Millət vəkilinə edilən müraciətlərin hamısı qeydiyyata alınıb. Sakinləri maraqlandıran məsələlərə dair müzakirələr aparılıb. Sosial müdafiə sahəsinə aid olan məsələlər barədə müraciət edən sakinlərə müvafiq prosedur qaydaları barədə məlumatlar verilib, digər məsələlərin aidiyyəti qurumlara yönəldiləcəyi bildirilib. Şəxsi məişət problemləri də müraciətlər sırasında olub. Ehtiyacı olan ailələrə ənənəvi olaraq müvafiq humanitar yardımların edilməsi nəzərdə tutulub.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024