Novruzəli Aslanov: “Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan Xalq Cümhuriyyətinin varislərindən sayılır”
Tarix: 23-05-2023 | Saat: 09:36
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Bu il Azərbaycan xalqı şanlı dövlətçilik tarixinin parlaq səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 105-ci ildönümünü böyük fərəh hissi ilə qeyd edəcək. 1918-ci il may ayının 28-də yaradılmış Cümhuriyyət Şərqin ilk demokratik respublikası olmaqla yanaşı, eyni zamanda da bütün Türk dünyasında ilk dünyəvi dövlət kimi tarixə düşdü. Sovet bolşevik qoşunları tərəfindən ölkənin işğalına qədər, cəmi 23 ay mövcud olmasına baxmayaraq, AXC ilk növbədə dövlət quruculuğu sahəsində mühüm qərarları ilə yadda qaldı. 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökuməti Azərbaycanın ilk Milli Ordu hissəsinin - əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul etdi. 2 iyul 1918-ci il tarixində Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri və daxili işlər naziri Fətəli xan Xoyski ölkədə ilk polis bölümünün yaradılması barədə əmr verdi. Bununla da Azərbaycan polis orqanlarının əsası qoyuldu. 1918-ci il noyabrın 9-da Azərbaycanın indiki üçrəngli dövlət bayrağı qəbul edildi. Eyni zamanda, Azərbaycan vətəndaşları haqqında qanun da qəbul olundu. Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Milli ordu quruldu və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edildi. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini yüksək qiymətləndirərək 2018-ci ildə, Cümhuriyyətin 100 illiyi münasibətilə keçirilən tədbirdə etdiyi çıxışında demişdir: “Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaranmışdır. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkədir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib , öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik dəyərlərinə sadiq olmasının bariz nümunəsidir.” Həmçinin belə bir mühüm məqamı da qeyd etmək lazımdır ki, 1918-1920-ci illərdə həyata keçirilən uğurlu xarici siyasət Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınmasını şərtləndirmişdi. Cümhuriyyətin bəyan olunmasından cəmi iki gün sonra, mayın 30-da Nazirlər Şurasının sədri Fətəli xan Xoyski Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Fransa, Böyük Britaniya, İtaliya, ABŞ, Bolqarıstan, Rumıniya, İran, İspaniya, Hollandiya, Rusiya, İsveç, Ukrayna, Danimarka və Yaponiya xarici işlər nazirliklərinə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması barədə məlumat göndərmişdi. Səmərəli xarici siyasətin ən əhəmiyyətli nəticələrindən biri də bu oldu ki, Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına nail olundu. Artıq 1919-cu ilin sonlarında Azərbaycan Xalq Cümhuriyyəti 20-dən çox ölkə ilə diplomatik əlaqələr yaratmışdı.”
Bu sözləri aia.az-a 28 may – Respublika Günü münasibətilə öz fikirlərini paylaşan Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra deputat Ümummilli Lider Heydər Əliyevin Şərqdə ilk müsəlman demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə böyük önəm verdiyini qeyd edib: “Ulu Öndər Heydər Əliyev Cümhuriyyətin qurucularının fədakar və misilsiz mübarizəsini çox yüksək qiymətləndirərək, öz çıxışlarının birində demişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır.” Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyətdən sonra süquta uğrasa da, müstəqillik ideyası 70 illik sovet imperiyası dövründə millətimizin qəlbində və şüurunda yaşamışdır. Respublikamız sovetlər imperiyasının tərkibində olduğu dövrdə Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının müstəqil Azərbaycan dövləti ideyalarını həyata keçirmək istiqamətində çox böyük işlər görmüşdür. Belə ki, Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsbit olunması, hərbi kadrların hazırlanması üçün hərbi məktəblərin yaradılması, milli – mədəni dəyərlərimizin qorunub saxlanması və inkişaf etdirilməsi gələcək müstəqil Azərbaycan dövlətinin bünövrəsi idi. Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu da dəfələrlə xüsusi vurğulamış, bəyan etmişdir. Yeri gəlmişkən, bu gün ölkəmizə böyük uğurla fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti də məhz Cümhuriyyət dövründə, 1920-ci il mart ayının 10-da təsis edilmişdir. Milli Cəmiyyət Azərbaycan Cümhuriyyətinin varislərindən sayılır. Cəmiyyətin yaradılmasının təşəbbüskarı Azərbaycan Xalq Cümhuriyyətinin hərbiyyə (müdafiə) naziri əvəzi, məşhur tarixi şəxsiyyət, general-leytenant Əliağa Şıxlinski olmuşdur. O zaman Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Naziri olan Fətəli Xan Xoyski də Milli Qızıl Aypara Cəmiyyətinin yaradılmasının ən yaxın dəstəkçilərindən biri olmuşdur. Bu gün Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyev tərəfindən təşkilatımızın fəaliyyətinin yüksək qiymətləndirilməsi də, Cəmiyyətin üzvlərinin müxtəlif vaxtlarda dövlət mükafatları ilə təltif olunmaları da dövlət başçımızın Cümhuriyyət irsinə yüksək dəyər verdiyinin daha bir göstəricisidir.”
Həmçinin N.Aslanov 1991-1993-cü illərin ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlandığını vurğulayaraq, ölkəni bu vəziyyətdən və dünyanın siyasi xəritəsindən birdəfəlik silinmək təhlükəsindən yalnız Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının xilas etdiyini bildirib: “Ötən əsrin sonlarında öz dövlət müstəqilliyini yeni bərpa etmiş Azərbaycanın suveren mövcudluğuna təhdid yaradan amillər artıq 1993-cü ildə ölkəni parçalanmaq və məhzv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdə Azərbaycan xalqı vəziyyəti düzgün qiymətləndirərək yeganə çıxış yolunu yalnız Ulu Öndər Heydər Əliyevin yenidən ölkədə hakimiyyətə qayıdışında görürdü. Hər zamankı kimi xalqın çağırışına cavab verən Ümummilli Lider 1993-cü ilin iyun ayında Bakıya gəldi və öz xilaskarlıq missiyasını yerinə yetirdi. Həmin dövrdə Ulu Öndərimizin qarşısında müstəqil respublikamızı dünya xəritəsindən silinmək təhlükəsindən, ölkədə hər an baş verə biləcək vətəndaş müharibəsindən xilas etmək kimi məsuliyyətli və tarixi vəzifələr dururdu. Lakin Ümummilli Liderimizin sahib olduğu zəngin siyasi təcrübə, idarəçilik bacarığı və doğma vətəninə olan sonsuz məhəbbəti dahi rəhbərin xalqı ilə birlikdə bu missiyanın öhdəsindən şərəflə gələcəyinə heç kimdə şübhə doğurmurdu. Ulu Öndər Heydər Əliyev ölkədə yenidən hakimiyyətə qayıdaraq Xalq Cümhuriyyəti qurucularının müstəqil Azərbaycan ideyasını gerçəkləşdirdi, möhkəm dövlətçilik təsisatlarının siyasi, hüquqi, iqtisadi bünövrəsini qoydu, ölkəni parçalanmadan və müstəqilliyimizi itirilmə təhlükəsindən qorudu. Möhkəm təməllər üzərində qurulan Azərbaycan Respublikası artıq dünyanın önəmli və müasir ölkələrindən birinə çevrilərək dünya birliyində öz layiqli yerini tutub. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında 1993-2003-cü illər ərzində Azərbaycan Xalq Cümhuriyyətinin axıra çatdıra bilmədiyi mühüm tədbirlər reallaşdırıldı. Ölkədə möhkəm ictimai-siyasi sabitliyə nail olundu, ölkənin iqtisadiyyatı gücləndi, qüdrətli ordu yaradıldı.”
Öz fikirlərini davam etdirən deputat son iyirmi il ərzində Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ictimai tərəqqiyə yeni güclü təkan verdiyini, cəmiyyətin bütün təbəqələrinin maraq və mənafelərini özündə əks etdirdiyini vurğulayıb: “Bu gün Azərbaycan dövlətinin daxili və xarici siyasəti cənab Prezident İlham Əliyev tərəfindən dünyada gedən geosiyasi və iqtisadi proseslər və bu sahədəki beynəlxalq təcrübə nəzərə alınaraq müəyyənləşdirilir. Müstəqil Azərbaycan dövləti bu gün regionda reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı, əsas iştirakçısıdır. Bu möhtəşəm layihələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə sanballı töhfəsidir. Bu gün gücü, qüdrəti getdikcə artan Azərbaycan hər gün yeni zirvələr fəth edir, dinamik inkişaf edir və qazanılan bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və cənab Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ