Mobil versiya
Kreml: Putin Tramp və Zelenski ilə üçtərəfli və ya ikitərəfli zirvə görüşünü razılaşdırmayıb
Tarix: 01-09-2025 | Saat: 23:14
Bölmə:Özəl | çapa göndər

Kreml: Putin Tramp və Zelenski ilə üçtərəfli və ya ikitərəfli zirvə görüşünü razılaşdırmayıb
Kremlin xarici siyasət müşaviri Yuri Uşakov bildirib ki, Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski ilə üçtərəfli və ya ayrıca ikitərəfli görüş barədə razılığa gəlməyib.
“Rossiya” dövlət kanalına danışan Uşakov Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla Alyaskadakı görüşünün məzmunu ilə bağlı təfərrüatları açıqlayıb.

İki liderin Alyaskada Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffun Moskvaya səfəri zamanı razılaşdırılan məsələlərin inkişaf etdirilməsi üçün razılığa gəldiyi barədə məlumatı paylaşan Uşakov, "Vitkoffun beş səfəri, xüsusilə sonuncu səfəri zamanı öyrənilən hər şey Putin və Tramp arasında görüş üçün əsas oldu. Bunun ardınca liderlər necə davam edəcəkləri mövzusunda razılığa gəldilər" dedi.

Uşakov həm ABŞ, həm də Rusiya tərəfinin bu razılaşma üzərində işlədiyini və bu çərçivədə hər iki tərəfin digər liderlərlə danışıqlar apardığını bildirib.

Rusiya-Ukrayna danışıqlarının səviyyəsinin yüksəldilməsi üçün hələlik konkret təkliflərin olmadığını qeyd edən Uşakov, danışıqların səviyyəsinin yüksəldilməsi ideyasının liderlər arasında telefon danışığında müzakirə edildiyini və daha sonra Alyaskada keçirilən görüş zamanı qaldırıldığını bildirib.

Uşakov bildirib ki, amerikalılar ona bu məsələni öz aralarında müzakirə edəcəklərini, sonra isə məsələ ilə bağlı bəzi təkliflər verəcəklərini bildiriblər.

Uşakov Putin və Tramp arasında Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlarla bağlı hələlik razılığın olmadığını vurğulayaraq, "İndiyə qədər mətbuatda dərc olunanlar bizim razılaşdığımız şey deyil. Üçtərəfli görüşdən, Putin və Zelenski arasında görüşdən danışırlar. Amma bildiyimə görə, Putinlə Tramp arasında bu məsələ ilə bağlı heç bir razılaşma yoxdur" dedi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-09-2025