Mobil versiya
DİQQƏT! Azərbaycanda bu mobil operator ləğv edilir- BALANS SİLİNƏCƏK
Tarix: 01-09-2025 | Saat: 12:33
Bölmə:Ölkə | çapa göndər

DİQQƏT!

“Naxtel” MMC 2025-ci il 1 dekabr tarixindən bütün xidmətlərinin göstərilməsini dayandıracağını açıqlayıb.

aia.az xəbər verir ki, şirkət bu barədə rəsmi sosial şəbəkə hesablarında məlumat verib.

Xidmətdən bildirilib ki, abunəçilər istifadə etdikləri nömrələri qorumaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 2025-ci il 1 oktyabr – 1 dekabr tarixləri arasında ölkədə fəaliyyət göstərən digər mobil operatorlara – “Azercell”, “Bakcell” və “Nar”a müraciət etməlidirlər.

Əgər abunəçilər göstərilən tarixədək nömrələrini digər şəbəkəyə keçirməsələr, həmin nömrələr ləğv olunacaq, müqavilələrə xitam veriləcək və aktiv xidmətlər dayandırılacaq. Balansda qalan istifadə edilməmiş vəsaitlər isə silinəcək.

Əlavə olaraq, silinmiş məbləğlərin geri qaytarılması və ya kompensasiyası nəzərdə tutulmur.

Nömrələrin daşınması Naxçıvan Muxtar Respublikası ilə yanaşı, Bakı və Gəncə şəhərlərində xüsusi xidmət mərkəzlərində həyata keçiriləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-09-2025