New York Times: İsrailin Qəzza qadağası müdafiə olunmazdır
Tarix: 01-09-2025 | Saat: 21:12
Bölmə:Özəl | çapa göndər

ABŞ-da yerləşən “New York Times” (NYT) qəzetinin redaksiya heyəti “İsrailin Qəzzada yayım qadağası müdafiə olunmazdır” başlıqlı məqalədə İsrailin Qəzzada yayım siyasətini tənqid edib.
NYT-nin redaksiya heyəti İsrailin hücumlara başlamasından bəri jurnalistlərin öldürülməsindən tutmuş, Qəzzaya daxil olan mətbuat işçilərinin qadağasına qədər, İsrailin jurnalistlərə qarşı repressiyalarını tənqid edən məqalə dərc edib.
NYT “İsrailin Qəzzada yayım qadağası müdafiə olunmazdır” başlıqlı məqalədə jurnalistika və müharibə xəbərlərinin həmişə təhlükəli olduğunu, lakin Qəzzada jurnalistlərin digər müharibə müxbirlərindən fərqli təhlükələrlə üzləşdiyini bildirib.
Məqalədə qeyd olunub ki, İsrail Qəzzaya hücumlara başladıqdan sonra həlak olan 63 min insan arasında 200-ə yaxın jurnalist həlak olub, onların böyük əksəriyyəti İsrail ordusu tərəfindən öldürülüb.
Jurnalistləri Müdafiə Komitəsinin 1992-ci ildən bəri saxladığı qeydlərə görə, son iki ilin jurnalistlər üçün ən ölümcül olduğu bildirilən məqalədə “Bu ölümlər Qəzzada baş verən ağrılı insan faciəsinin başqa bir təbəqəsini təşkil edir” ifadəsi işlədilib.
NYT-nin məqaləsində deyilirdi ki, “Bir çox cəsur jurnalistlər dünyaya müharibəni anlamağa kömək etməyə çalışaraq həyatını itirdi”.
Məqalədə İsrailin media mənsublarının Qəzzaya girişinə qadağa qoyduğu qeyd edilib və öldürülən jurnalistlərin demək olar ki, hamısının fələstinli olduğu qeyd edilib.
NYT-nin məqaləsində deyilirdi ki, “Lakin beynəlxalq jurnalistlərin müharibəni yerdə işıqlandırmasına icazə verilməməsi İsrail hökumətinin demokratik ölkələrin standartlarına cavab verməməsinin nümunəsidir”.
Məqalədə vurğulanıb ki, İsrail beynəlxalq medianı kənarlaşdırmaqla müharibənin bütün dəhşətini gizlətməyə çalışır. Qəzzadakı kütləvi ölümlər, aclıq və dağıntıların sosial media və fələstinli jurnalistlərin əməyi sayəsində göründüyü və geniş etirazlara səbəb olduğu vurğulanıb.
Məqalədə deyilirdi ki, hökumətlər adətən müharibə bölgələrində çalışan jurnalistləri qorumaq üçün ehtiyat tədbirləri və addımlar atırlar, lakin İsrail bunu açıq şəkildə bacarmayıb.
NYT-nin məqaləsində vurğulanır ki, “Əgər öldürülən daha çox jurnalist ABŞ və ya digər millətlərə mənsub olsaydı, İsrail çox güman ki, onları qorumaq üçün daha çox səy göstərərdi”.
İsrailin keçən həftə jurnalistlərə hücumlarını xatırladan NYT, İsrailin “müharibə həqiqətlərini üzə çıxarmağa çalışanların həyatına məhəl qoymadığını” vurğulayaraq, İsrail hökumətini jurnalistləri Qəzzaya buraxmağa çağırıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-09-2025