Mobil versiya
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri: Minsk Prosesinin bağlanması Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur
Tarix: 01-09-2025 | Saat: 18:00
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri: Minsk Prosesinin bağlanması Prezident İlham Əliyevin növbəti diplomatik uğurudur

Bu gün bölgədə ədalət və davamlı sülhün bərqərar olunması yolunda tarixi gündür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası növbəti uğura imza atmışdır.

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin ABŞ Prezidentinin dəvəti və iştirakı ilə 8 avqust 2025-ci il tarixində Vaşinqton şəhərində baş tutmuş görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin imzaladıqları birgə müraciətə uyğun olaraq, ATƏT-in Nazirlər Şurası ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verib və Minsk Konfransının çağırılması barədə ATƏM-in 1992-ci il qərarı əsasında qəbul olunmuş bütün əvvəlki qərar və sənədlərini qüvvədən salmışdır. Nəticədə, keçmiş Ermənistan–Azərbaycan münaqişəsi tamamilə ATƏT-in gündəliyindən çıxarılmışdır.

Bu qərarı səmimi qəlbdən alqışlayır və bunun bir çox səbəbdən əlamətdar olduğunu vurğulamaq istərdik. İlk öncə qeyd edilməlidir ki, keçmiş münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilmiş olması bu qərarla beynəlxalq miqyasda - özü də vaxtilə məhz həmin münaqişəni sülh yolu ilə həll etmək üçün mükəlləf edilmiş bir beynəlxalq qurum tərəfindən təsdiq edilir. Minsk Prosesinin bağlanması, həmçinin beynəlxalq hüquqdan yan keçməyə cəhd edən uğursuz bir diplomatik yanaşmanın sona çatdığını da göstərir.
Bu qərar Azərbaycan və Ermənistanı davamlı sülhə daha da yaxınlaşdırır və Avropada təhlükəsizlik və əməkdaşlığa töhfə verir.

Qaya Məmmədov,
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-09-2025