Mobil versiya
Qazaxda “Heydər Əliyev və muzeylərimiz” mövzusunda tədbir keçirildi -Fotolar
Tarix: 18-05-2023 | Saat: 17:30
Bölmə:Ölkə | çapa göndər

Qazaxda “Heydər Əliyev və muzeylərimiz”  mövzusunda tədbir keçirildi

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü çərçivəsində 18 may – Beynəlxalq Muzeylər Gününündə YAP Qazax rayon təşkilatı “Heydər Əliyev və muzeylərimiz” mövzusunda tədbir keçirdi.

Rayon təşkilatı Aparatının işçiləri və fəalları Qazax Tarix – Diyarşünaslıq muzeyini ziyarət edərək Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələrə, rayonun təbiətini və tarixini əks etdirən eksponatlara, torpaqlarımızın işğaldan azad olunmasında canından keçərək Şəhidlik zirvəsinə yüksəlmiş Müqəddəs Şəhidlərimizə həsr olunmuş guşələrə, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi" bölmələrinə baxdılar.

Tədbirdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirdi ki, Azərbaycanda milli - mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və milli - mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada bu sahədə həyata keçirilən müvafiq tədbirlərin genişləndirilməsini, onun maddi - texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayıb. Ulu Öndərimizin şəxsi təşəbbüsü ilə tarixi şəxsiyyətlərin memorial - xatirə, mənzil, bölgələrdə tarix - diyarşünaslıq muzeyləri yaradılmışdır.

YAP Qazax rayon təşkilatının sədri Ümummilli Liderimiz tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş siyasətin bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev və ölkəmizin Birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı və xoş arzularını bildirdi.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024