Mobil versiya
Azərbaycanda içməli su ilə bağlı yeni dövlət standartı qüvvəyə mindi
Tarix: 18-05-2023 | Saat: 16:37
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanda içməli su ilə bağlı yeni dövlət standartı qüvvəyə mindi

Azərbaycanda “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” AZS 929:2023 dövlət standartı qüvvəyə minib.

aia.az xəbər verir ki, yeni standart BMT-nin “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi” üzrə Konvensiyasının “Su və Sağlamlıq Protokolu”na əsasən Azərbaycan Respublikası tərəfindən rəsmi qəbul edilmiş Məqsədli Göstəricilərin icrası ilə əlaqədar Səhiyyə Nazirliyinin əmri ilə yaradılmış işçi qrup tərəfindən hazırlanıb.

Aidiyyatı dövlət qurumlarının, elmi müəssisələrin, vətəndaş cəmiyyəti institunun müsbət rəyini almış yeni standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Standartlaşdırma İnstitutunun (AZSTAND) qərarı ilə təsdiq edilib.

AZS 929:2023 “İçməli su. Gigiyenik tələblər və keyfiyyət üzrə nəzarət” standartına mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş su təchizatı sistemlərində içməli suyun təhlükəsiz idarə edilməsinə dair tələblər, içməli suyun keyfiyyət göstəriciləri və onların yol verilən qatılıq hədlərinin siyahısı daxildir. Bu standart Ümumdünya Səhiyyə Təşkilatının Avropa ofisi tərəfindən təqdim olunan işçi sənədin tövsiyələri, insan istehlakı üçün nəzərdə tutulmuş suyun keyfiyyətinə dair 16 dekabr 2020-ci il tarixli 2020/2184 saylı Avropa Parlamenti və Avropa Şurası Direktivi, ГОСТ 2874-82, СанПин 2.1.4.1074-02, USEPA standartları nəzərə alınaraq tərtib olunub.

Yeni standarta əsasən, içməli suyun mikrobioloji (8 göstərici), orqanoleptik, fiziki-kimyəvi (100 göstərici) və radioloji (2 göstərici) göstəriciləri öyrəniləcək. Qeyd edək ki, indiyə qədər ölkəmizdə içməli suyun keyfiyyətinə nəzarət SSRİ dövrü qəbul olunmuş ГОСТ 2874-82 standartları əsasında aparılırdı.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024