Mobil versiya
Heydər Əliyevin Azərbaycan muzeylərin inkişafında rolu -Fotolar
Tarix: 17-05-2023 | Saat: 14:19
Bölmə:Ölkə | çapa göndər

Heydər Əliyevin Azərbaycan muzeylərin inkişafında rolu

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində 18 May Beynəlxalq Muzeylər Gününə həsr olunan “Heydər Əliyevin Azərbaycan muzeylərin inkişafında rolu” mövzusunda elmi-praktiki konfrans keçirilib. “Heydər Əliyev ili” çərçivəsində Masallı Tarix -Diyarşünaslıq Muzeyi, Masallı rayon Heydər Əliyev Mərkəzi və Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı sayəsində baş tutan tədbirdə Masallı, Cəlilabad və Biləsuvar rayonunda fəaliyyət göstərən Tarix-diyarşünaslıq muzeylərinin əməkdaşları, həmçinin mədəniyyət işçiləri, tələbələr və məktəblilər iştirak ediblər.
Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmaqla başlanan konfransı açan Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya Qəhrəmanova ölkəmizdə mədəniyyətin bütün sahələrində olduğu kimi, muzey işinə də dövlət tərəfindən həmişə böyük diqqət və qayğı olduğunu bildirib.
Tədbirdə çıxış edən digər natiqlər- Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ə. Tağıyeva, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru D. İbayeva, Biləsuvar Tarix-Diyarşünaslıq Muzeyinin direktoru N. Mehdiyeva, Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinin direktor əvəzi Ş. Bayramov, Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı G. Vəkilzadə, Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı H. Muradov, Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Ç. Qurbanov ümummilli lider Heydər Əliyevin muzey sahəsinin inkişafında tarixi rolundan söhbət açıb, əlamətdar gün münasibətilə muzey əməkdaşlarını təbrik ediblər. Çıxışlar zamanı o da vurğulayıb ki, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, incəsənətinin qorunması, inkişafı və gələcək nəsillərə çatdırması istiqamətində gördüyü böyük işlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbir video- çarxların, slaydların nümayiş ilə başa çatıb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024