Mobil versiya
Sərxoş vəziyyətdə polisə müqavimət göstərən şəxs HƏBS EDİLDİ
Tarix: 12-05-2023 | Saat: 11:23
Bölmə:Ölkə | çapa göndər

Sərxoş vəziyyətdə polisə müqavimət göstərən şəxs

Mayın 11-i gecə saatlarında Balakən şəhəri ərazisində bir nəfər sərxoş vəziyyətdə, eləcə də narkotik vasitənin təsiri altında ucadan nalayiq ifadələr işlədib və ictimai asayişin pozulmasına yönələn hərəkətlərə yol verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxsə yaxınlaşıb nizam-intizama dəvət etsələr də, ancaq o, bu kimi əməllərini davam etdirib və əlində olan kəsici alətlə polislərə müqavimət göstərməyə çalışıb. Həmin şəxs saxlanılaraq polis şöbəsinə gətirilib və araşdırma zamanı onun rayon sakini, Vətən müharibəsi iştirakçısı Anar Hüseynov olduğu müəyyən edilib.

Anar Hüseynov barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə onun barəsində 20 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024