Mobil versiya
“Ümumtürk döyüş sənəti Alpaquta maraq artır” -Foto
Tarix: 12-05-2023 | Saat: 10:12
Bölmə:Gündəm / İdman | çapa göndər

“Ümumtürk döyüş sənəti Alpaquta maraq artır”

"Milli idman növü, ümumtürk döyüş sənəti Alpaqut beynəlxalq idman təşkilatlarında tanınmaqda davam edir. Belə ki, 10 may 2023-cü il tarixində Dünya Alpaqut Federasiyası daha bir mötəbər beynəlxalq idman təşkilatı olan Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin üzvlüyünə qəbul edilib. Yəni, Alpaqut beynəlxalq idman təşkilatlarında da maraqla qarşılanır.” Qurumun vitse-prezidenti Könül Nurullayeva jurnalistlərə açıqlamasında belə deyib. Bildirib ki, son bir ildə Dünya Alpaqut Federasiyası sürətlə beynəlxalq İdman növləri təşkilatları tərəfindən tanınaraq üzvlüyə qəbul edilir. Belə ki, Dünya Alpaqut Federasiyası 19 may 2022-ci il tarixində Beynəlxalq İdman Elmləri və Bədən Tərbiyəsi Şurası, 7 dekabr 2022-ci il tarixində Hamı üçün Beynəlxalq İdman Assosiasiyası, 10 mart 2023-cü il tarixində Beynəlxalq Döyüş Sənəti Oyunları Komitəsi tərəfindən üzvlüyə qəbul edilmiş, 2 may 2023-cü il tarixində isə Benəlxalq Etno İdman Oyunları Konfederasiyası ilə əməkdaşlıq memorandumu imzalanıb.
“Dünya Alpaqut Federasiyası Alpaqut turan döyüş sənətini inkişaf etdirmək məqsədilə yaranmış beynəlxalq idman təşkilatıdır. Federasiyanın 50-dən çox ölkədə rəsmi nümayəndəlikləri, klub, assosiasiya və federasiyaları var. Bu günə qədər milli idman brendi kimi beynəlxalq arenada Azərbaycanı təmsil edən və​ bu qədər uğura imza atan ilk beynəlxalq idman federasiyasıdır.”
Qeyd edək ki, “Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna daşıyan idman növüdür.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024