Mobil versiya
Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən lider -Fotolar
Tarix: 11-05-2023 | Saat: 15:18
Bölmə:Ölkə | çapa göndər

Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edən lider

AİA.Az xəbər verir ki, Lerik rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş növbəti tədbirin təşkilatçıları Lerik Rayon İcra Hakimiyyəti və “Respublika” qəzeti idi.
Dəyirmi masa şəkilində təşkil olunan tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Lerik rayon arxiv idarəsinin müdiri Baləddin Şükürov, Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov , idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirin giriş sözündə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının milli müqəddəratının həlli istiqamətindəki misilsiz xidmətlərindən danışan rayon rəhbəri Əkbər Abbasov onu da bildirib ki, ölkəmiz dünyada layiq olduğu mərtəbəyə dahi şəxsiyyətin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.
Çıxış üçün söz “Respublika” qəzetinin bölgə müxbiri Əlisəfa Həsənov veriləndə o, ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolundan , Azərbaycanın hərtərəfli inkişafı üçün həyata keçirdiyi böyük islahatlardan danışaraq deyib:- Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişi müstəqilliyini yenicə qazanmış Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi, müharibəyə cəlb olunmuş dövlətimizin gələcək qələbələrini təmin üçün möhkəm təməli formalaşdırmaq fürsəti qazandı.
Digər natiqlər- Elxan Qənbərov, Hüseynbala Əliyev, Baləddin Şükürov, Hüsaməddin Abbasov öz çıxışlarında Azərbaycanın dahi oğlu, ümummilli lideri Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyət olduğu deyib, davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycanı bu, böyük şəxsiyyətin ideyalarının təntənəsi ilə bağlayıblar.

Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024