Deputatı Aqiyə Naxçıvanlı seçiciləri ilə qəbul keçirmişdir -Fotolar
Tarix: 11-05-2023 | Saat: 11:43
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-3 | çapa göndər
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə silsilə tədbirlərdə iştirak edən 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputat Aqiyə Naxçıvanlı onunla görüşmək üçün müraciət edən seçiciləri öz otağında qəbul etmişdir. Deputat qəbula yazılan 23 seçicinin hər birini ayrı-ayrılıqda dinləmiş, onların problemləri ilə yaxından maraqlanmışdır. Bu dəfəki müraciətlər əsasən məşğulluq, sosial problemlər, şəhid adlarının əbədiləşdirilməsi və təhsil məsələləri ilə bağlı olmuşdur. İşsiz vətəndaşların qəbulu zamanı Dövlət Məşqulluq Agentliyi Şəki-Zaqatala Regional Məşğulluq filialının Oğuz rayon xidmət şöbəsinin əməkdaşı ilə əlaqə yaradılmış, bəzi məsələlərə aydınlıq gətirilmiş, qeydiyyatda olmayan bir seçiciyə işsiz kimi qeydiyyata düşməsi tövsiyə edilmişdir. Şəhid adının əbədiləşdirilməsi ilə bağlı məsələ nəzarətə götürülmüş, sosial problemi olan bir neçə vətəndaşın məsələsi yerində həll edilmiş, bir seçiciyə isə kənd təsərrüfatının maldarlıq sahəsinin inkişafı üçün dəstək göstərilmişdir. Yerində həll edilməsi mümkün olmayan məsələlərlə bağlı deputat tərəfindən qeydiyyat aparılaraq aidiyyəti orqanlara müraciətlər ünvanlanılacağı bildirilmişdir.
Sonda seçicilər Oğuza hər gəlişində onları səmimiyyətlə qəbul etdiyi, problemlərini dinlədiyi, müraciətlərinin düzgün istiqamətə yönəldilərək həllinə operativ köməkliklər göstərdiyi üçün deputat Aqiyə Naxçıvanlıya minnətdarlıqlarını bildirmişlər. Vətəndaşlar belə görüşlərin Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin ölkə vətəndaşlarına qayğı və diqqətinin nəticəsi olaraq daim hiss etdiklərini qeyd etmişlər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ