Səttar Möhbalıyev: “Azərbaycan dönməz inkişaf yolu tutub, daha böyük nailiyyətlərə doğru inamla gedir”
Tarix: 11-05-2023 | Saat: 11:27
Bölmə:Manşet / Siyasət / Seçilənlər-1 | çapa göndər
“Şərqi Zəngəzurda və Qarabağda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri sürətlə davam edir. Əsas hədəf sakinlərin öz ata-baba yurdlarına ən qısa zamanda dönməsidir. Bunun üçün dövlətimiz bütün potensialından istifadə edir. Heç kimdən kömək almadan, öz daxili imkanları hesabına tamamilə dağıdılmış böyük bir ərazidə ən müasir kənd və qəsəbələr, şəhərlər salır. Təbii ki, bu işlərin reallaşdırılması böyük güc tələb edir ki, Azərbaycan da bunun öhdəsindən ən yüksək səviyyədə gəlir. Demək olar ki, tikinti-quruculuq işləri bütün bölgəni əhatə edir. Bir ərazidə minaların təmizlənməsi yekunlaşan kimi, ləngimədən tikinti işlərinə başlanılır. Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdış Ağalı və Talış kəndlərində də uğurla icra olundu. Sakinlər böyük sevinc hissi ilə öz yurdlarına döndülər. Və inanırıq ki, yaxın gələcəkdə Böyük Qayıdış proqramı müvəffəqiyyətlə başa çatacaq, bütün sakinlər öz torpaqlarında əbədi xoşbəxt yaşayacaqlar. Bölgəyə mütəmadi səfərlər edən dövlətimizin başçısı cənab İlham Əliyev Qarabağın yenidən qurulmasına şəxsən özü nəzarət edir. Mayın 8-də növbəti dəfə Qələbəmizin zirvəsinə - Şuşaya gedən Prezidentimiz aparılan işlərlə tanış oldu, təməlqoyma və açılış mərasimlərində iştirak etdi”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Şuşadan Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev Ümummilli Liderin tarixi xidmətlərindən söz açdı. Qətiyyətlə deyə bilərik ki, Heydər Əliyev Azərbaycan tarixinin ən böyük şəxsiyyətlərindəndir. O, bizim şanlı tariximizə tam müstəqil dövlət qurub yaratması ilə düşüb. Bunu dünya tarixində çox az şəxsiyyətlər bacarıb ki, Heydər Əliyevin də adı onların sırasındadır. Dövlətə sahib olmaq hər bir xalqın arzusudur, Ulu Öndər bu missiyanı uğurla icra etməklə xalqımızı arzusuna qovuşdurdu. Bu gün onun qurduğu dövlət öz qüdrəti və əhəmiyyəti ilə dünya xəritəsində özünəməxsus yer tutur. Ulu Öndərin daha bir xidməti isə özündən sonra xalqımıza layiqli davamçı bəxş etməsidir. Cənab İlham Əliyev Ulu Öndərin müəllifi olduğu siyasi kursu bütün sahələrdə ləyaqətlə davam etdirdi, onun müəyyənləşdirdiyi təməllər üzərində qalib, məğlubedilməz, güclü iqtisadiyyata sahib dövlət formalaşdırdı. Prezidentimiz həmçinin Şərqi Zəngəzuru və Qarabağı işğalçılardan azad etməklə Ulu Öndərin vəsiyyətini yerinə yetirdi, ölkəmizin bütün ərazisində dövlətimizin suverenliyini tam təmin etdi”, - AHİK sədri bildirib.
Onun sözlərinə görə, qədirbilən xalqımız dünyanın harasında yaşamasından asılı olmayaraq, hər il Ulu Öndərin doğum gününü təntənəli şəkildə qeyd edir, əziz xatirəsinə dərin ehtiram göstərir: “Bu dəfə də Heydər Əliyevin doğum günü - 100 illik yubileyi xalqımız tərəfindən böyük coşqu ilə keçirildi, yığıncaqlar, konsertlər təşkil olundu. Bu, xalqının Ümummilli Liderə olan böyük məhəbbətinin, sonsuz sevgisinin göstəricisidir. Bu il həm də “Heydər Əliyev İli”dir. İlin əvvəlindən başlayan tədbirlər hələ ilin sonunadək uğurla davam edəcək. Azərbaycan həmkarlar ittifaqları da bununla bağlı tədbirlər planı hazırlayıb və həyata keçirir. Xatırladım ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Ulu Öndərin 100 illik yubileyi münasibətilə 7000 ailəyə sovqat göndərib. Həmçinin sahə həmkarlar ittifaqları tərəfindən də idman yarışları, müsabiqələr keçirilir, yığıncaqlar təşkil edilir, Ulu Öndərin zəngin irsi təbliğ olunur”.
Səttar Möhbalıyev Prezident İlham Əliyevin müraciətində daha bir məqama diqqət çəkib: “Dövlətimizin başçısı bildirdi ki, Elə ölkələr var ki, orada heç bir başqa xalqın nümayəndəsi yaşaya bilmir. Həqiqətən də, buna misal üçün çox da uzağa getməyək, Ermənistana nəzər salmaq kifayətdir. Bu gün Ermənistanda başqa millətlərin nümayəndələrinə rast gəlmək mümkün deyil, çünki onların həmin ölkədə yaşamasına imkan vermirlər, faşist xislətlidirlər, xain düşüncəyə sahibdirlər. Amma onlardan fərqli olaraq yüz illərdir ayrı-ayrı xalqların və dinlərin mənsubları Azərbaycanda mehriban ailə kimi yaşayırlar, qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti ölkəmizdə mövcuddur və etnik-mədəni müxtəliflik qorunub saxlanılır. Həmçinin Azərbaycan demokratiyanın bütün təzahürlərini özündə ehtiva edir, insan hüquq və azadlıqları ən ali səviyyədə təmin edilir”.
Milli Məclisin deputatı əminliklə ifadə edib ki, Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə dönməz inkişaf yolunu tutub və daha böyük nailiyyətlərə doğru inamla irəliləyir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ