Mobil versiya
Naxçıvan Heydər Əliyev Muzeyinə yeni status verilib
Tarix: 10-05-2023 | Saat: 17:27
Bölmə:Ölkə | çapa göndər

Naxçıvan Heydər Əliyev Muzeyinə yeni status verilib

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyinə yeni status verilib.

aia.az xəbər verir ki, muzeyə “muxtar respublika” statusunun verildiyi açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti ulu öndərin zəngin və çoxşaxəli irsinin öyrənilib təbliğ edilməsindəki aktiv rolunu, zəngin fond eksponatlarını, müxtəlif səciyyəli elmi konfransların, seminarların, interaktiv dərslərin, görüşlərin təşkil edilib keçirildiyini və muxtar respublikanın həyatında müstəsna rolunu nəzərə alaraq bu gün bununla bağlı qərar verib.

Qeyd edək ki, Heydər Əliyev Muzeyinə “muxtar respublika” statusunun verilməsinə görə muzey əməkdaşlarının aylıq vəzifə maaşlarına müəyyən məbləğdə əlavələr ödəniləcək./apa

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024