Mobil versiya
Sumqayıtda "Heydər Əliyev-Ədəbiyyat və mədəniyyət" adlı konfrans keçirilib -Fotolar
Tarix: 10-05-2023 | Saat: 09:45
Bölmə:Ölkə | çapa göndər

Sumqayıtda "Heydər Əliyev-Ədəbiyyat və mədəniyyət" adlı konfrans keçirilib

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, Sumqayıt Dövlət Rəsm Qalereyası və Sumqayıt Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə may ayının 8- də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev-Ədəbiyyat və mədəniyyət" mövzusunda konfrans keçirilib.
Öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib.
Konfransı giriş sözü ilə AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin açıb, Respublika Prezidenti, Heydər Əliyev irsinin layiqli davamçısı İlham Əliyevin sərəncamına əsasən və Heydər Əliyevin 2023-cü il may ayının 10-da anadan olmasının 100 illik yubuleyi münasibətilə 2023- cü ilin " Heydər Əliyev ili" ili olduğunu vurğulayıb, Ulu Öndərin yubileyinin respublikamızın hər yerində, o cümlədən Sumqayıtın ayrı- ayrı müəssisə və təşkilatlarında, elm və təhsil ocaqlarında yüksək sevgiylə qeyd olunduğundan danışıb.
Tarix üzrə fəlsəfə doktoru, Sumqayıt Dövlət Universtetinin dosenti Əmirxan İsayev, şair- dramaturq Əvəz Mahmud Lələdağ, Azərtacın Sumqayıt üzrə müxbiri Ətrabə Rzayeva, Sumqayıt Dövlət Rəsm Qalereyasının müdiri Ellada Həsənova, Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova, rejissor-operator Etibar Bənnayev çıxış edərək Heydər Əliyevin Azərbaycan tarixində həmişə xoş duyğularla xatırlanacaq böyük əhəmiyyət daşıyan işlərdən, dahi şəxsiyyətin ictimai-siyasi həyatından, xüsusilə ədəbiyyatımız, eləcədə mədəniyyətimizin bütün sahələri üzrə samballı fəaliyyətindən söz açıblar. Tədbirdə şəhərin zialıları və məktəblilər iştirak ediblər.
Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirlər səsləndirildi.
Sonda AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin dahi şəxsiyyət, ümummilli liderin: "Mən fəxr edirəm ki, ömrümü, şüurlu həyatımı canımdan çox sevdiyim vətənim Azərbaycanın inkişafına sərf etmişəm",-sözləri ilə konfransda yekun nitqi söyləyib, Heydər Əliyevin yubiley təntənəsinin il boyu davam edəcəyini bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024