Mobil versiya
Sumqayıtda itkin düşmüş 23 yaşlı qız tapılıb -Yenilənib
Tarix: 07-05-2023 | Saat: 14:00
Bölmə:Ölkə | çapa göndər

Sumqayıtda itkin düşmüş 23 yaşlı qız tapılıb

Sumqayıtda itkin düşmüş 23 yaşlı qız tapılıb

Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan, mayın 2-də itkin düşən 23 yaşlı Fidan Yusubova artıq tapılıb.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Aia.az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov

Aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Sumqayıt şəhəri, BTZ bağlar massivi ərazisində yaşayan 23 yaşlı Fidan Yusubova mayın 2-də axşam saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: Boyu təxminən 162 sm., orta bədən quruluşlu, ağbəniz, yumru sifətli, sarı saçlı, gözlərinin rəngi yaşıldır.

Evdən çıxarkən əynində boz rəngli gödəkçə, qara rəngli cins şalvar, ayağında qara rəngli idman ayaqqabısı olub.

Şəkildəki qızı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi”nə, həmçinin (018) 654-02-02, (018) 655-76-65 şəhər və (077) 277-97-97, (050) 835-04-01, (050) 538-41-51 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Aia.az
Şimal zonası üzrə bölgə müxbiri Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024