Mobil versiya
Qazaxda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir -Fotolar
Tarix: 05-05-2023 | Saat: 15:46
Bölmə:Ölkə | çapa göndər

Qazaxda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər davam edir

YAP Qazax rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir "Azərbaycan Bayrağı" ordenli  şəhid Qaratel Hacımahmudova adına ümumi orta məktəb ərazi partiya təşkilatında keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu və Dahi Rəhbərin mənalı ömür yolunu əks etdirən videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə Q.Hacımahmudova adına ümumi orta məktəb ərazi partiya təşkilatının sədr müavini Çiçək Sanıyeva açdı.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir, müstəqil Azərbaycanın keçdiyi keşməkeşli və şərəfli inkişaf yolundan, Ulu Öndərin əsasını qoyduğu siyasi kursun bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən əzmlə, qətiyyətlə, müvəffəqiyyətlə davam etdirilməsindən ətraflı danışdı.
Tədbirdə Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru Hicran Əyyubova , ədəbiyyat müəllimi Flora Əmirova , şəhid Hüseynov İlqar Yaşar oğlunun anası Nurcahan Ağasultanova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin doğma xalqı və Vətəni uğrunda müstəsna xidmətlərindən, misilsiz fəaliyyətindən ətraflı danışdılar.
Sonda şağirdlər Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər və müxtəlif ədəbi – bədii kompozisiya ilə çıxış etdilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-05-2024